Accessibility links

Britaniyanın Böyük Mançester şəhəri ərazisində yanğınlar davam edir


Böyük Britaniyanın Böyük Mançester şəhərinin polisi bataqlıq bölgəsində baş verən yanğın səbəbindən çərşənbə günü onlarla yerli sakinin evlərindən evakuasiya edilməsindən sonra ərazidə vəziyyətin ciddi olduğunu deyib.

Bazar günündən bəri Britaniya boyunca istilik dalğası səbəbindən yaranan yanğın hələ də bəzi insanları çarəsiz buraxıb.

Rəsmilər onlarla yanğınsöndürənən hələ də çox ağır şəraitdə meşə yanğınları ilə mübarizə apardığını bildirib.

İngiltərənin Şimal-Qərb İctimai Səhiiyyə Mərkəzi yanğının baş verdiyi ərazi yaxınlığında yaşayan sakinlərə çoxlu su içməyi, pəncərələrini və qapılarını bağlamağı tövsiyə edib.

Xəsarət alanlar barədə məlumat verilməyib.

XS
SM
MD
LG