Accessibility links

Britaniyada təhlükəsizlik səviyyəsi "kəskin"dən "ağır"a endirilib


Baş naziri Teresa Mey bildirib ki, polis Mançesterdə baş verən intiharçı bomba hücum ilə bağlı təhqiqatda irəliyiş əldə etməyə davam etdiyi üçün şənbə günü Britaniya təhlükəsizlik səviyyəsini “ağıra” endirib.

Britaniya polisi bu həftənin əvvəli Ariana Qrande konsertindən sonra baş verən terror hücumu ilə əlaqədar olaraq daha iki nəfəri həbs etdiklərini bildirib.

Polis idarəsi Tvitterdə 22 və 20 yaşlı iki şəxsi şənbə günü keçirilən reyd zamanı həbs etdiklərini bildirib. Bəyanatda deyilir ki, “onların Çitham Hill məhəlləsindəki evlərinə daxil ola bilmək üçün evin girişində polisin nəzarəti altında bomba partladılıb.” Bəyanatda həmçinin ümumilikdə 11 nəfərin dinləndirildiyi bildirilir.

Bazar ertəsi Mançesterdə amerikalı pop ulduzun konsertinin sonunda baş verən hücumdan sonra təhlükəsizlik səviyyəsi “kəskinə” qaldırılmışdı. Bu isə bir digər hücumun qaçınıılmaz olduğuna işarə idi. Təhlükəsizlik səviyyəsinin “ağıra” endirilməsi isə o deməkdir ki, yeni terror hücumu ehtimalı hələ də yüksəkdir.

Polislərə yardım edən əsgərləri Birtaniya küçələrinə yerləşdiriləcək.

Britaniyanın terrora qarşı mübarizə polisinin rəisi Mark Rouli şənbə günü mətbuat konfransı zamanı deyib ki, “biz bombanın necə hazırlandığına dair daha məlumat əldə edirik. Öyrəniləcək daha çox şey var, daha çox insan həbs olunacaq, axtarışlar davam edəcək, lakin indiyə qədər əldə etdiyimiz məlumatlar təhlükəni ölçən müstəqil qurum J-TAC-in yeni bir hücumun qaçılmaz olmadığı qərarına gəlməsinə gətirib çıxarıb.

Mançesterdə doğulub böyüyüb başa çatan 22 yaşlı Salaman Abeni özünü bazar ertəsi Mançester Arenasının lobbisində Ariana Qarande konserti bitirəndən bir neçə dəqiqə sonra partladıb. Partlayış 22 nəfərin ölümü, azı 116 nəfərin yaralanması ilə nəticələnib.

Liviyada polis Abedinin atası ilə qardaşını həbs edib. Onların hücumla əlaqələrinə dair heç bir məlumat verilməyib.

Qurbanların əksəriyyəti Qrandeyə pərəstiş edən gənc qızlar olub. Digərləri isə konsertldən sonra uşaqlarının yanına gələn valideyinlər. Ən gənc qurban isə 8 yaşında olub.

Qrande yaxında hadisə qurbanları və ailələri üçün ianə toplamaq məqsədilə Mançesterdə xeyriyyə konserti ilə çıxış edəcəyini elan edib.

XS
SM
MD
LG