Accessibility links

Brüsseldə anti-koronavirus tədbirlərinə qarşı etiraz aksiyası zamanı zorakılıq baş verib


Brüsseldə on minlərlə insanın iştirak etdiyi anti-covid tədbirlərinə qarşı etiraz aksiyası zamanı zorakılıq baş verib.

Yürüş dinc başlasa da, polis daha sonra bir qrup iştirakçının mərmi atmasına cavab olaraq su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurmada iştirak edən nümayişçilərdən bir neçəsi kopüşon geyinib və Flamand millətçi bayraqları qaldırıb.

Çevik polislə qarşıdurma Belçika paytaxtının Aİ və hökumət dairəsi yaxınlığında baş verib. Polis 35000 etirazçının çərşənbə günü hökumətin elan etdiyi yeni COVID tədbirlərinə qarşı Brüsseldəki Şimal Stansiyasından yürüş etdiyini bildirib.

"Azadlıq üçün birlikdə" adlanan nümayiş əsasən restoran və barlar kimi yerlərdə peyvənd olunmayanlara qadağaya yönəldilib.

Avropa hazırda daha bir infeksiya dalğası ilə mübarizə aparır və bir neçə ölkə, xüsusən də qitənin qərbində yüksək səviyyəli peyvəndlərə baxmayaraq, məhdudiyyətlər sərtləşdirib.

Son dalğanın ən çox vurduğu ölkələrdən biri olan Belçika çərşənbə günü evdən işləmə qaydalarını genişləndirib və peyvənd olunmayanlara qarşı məhdudiyyətləri gücləndirib.

XS
SM
MD
LG