Accessibility links

Brüsseldə əsgərlər partlayış törətmiş şəxsi vurublar


Brüssel Mərkəzi Stansiyasında patrul çəkən təhlükəsizlik qüvvələri kiçik partlayışdan sonra insidenti törətməkdə şübhəli bilinən şəxsi “neytrallaşdırıblar”. Polis sözçüsü başqa heç kəsin xəsarət almadığını deyərək, situasiyanın nəzarətdə olduğunu bildirib.

O, mediada neytrallaşdırımış şəxsin partlayıcı gödəkçə geydiyini təsvir edən məlumatları təsdiqləməyib. Güllələnmiş şəxsin sağ qaldığı bəlli deyil.

Het Laatste Nieuws tabloid qəzeti şahidlərə istinadən partlayışı törətməzdən öncə hücumçunun ərəbcə "Allahu Əkbər" qışqırdığını xəbər verib.

Baş Nazir Çarlz Mişel Tvitterdəki mesajında insanları rəsmilərin təlimatlarına qulaq asmağa çağırıb.

Stansiya və ona yaxın şəhərin qədim mərkəzi polis tərəfindən boşaldılıb. İsti yay axşamlarında buralar adətən müsafirlərlə dolu olur.

Şahidlər Belçika mediasına ərazidə təhlükəsizlik perimetri qurulduğunu deyir.

Het Laatste Nieuws tabloid qəzeti şahidlərə istinadən partlayışı törətməzdən öncə hücumçunun ərəbcə "Allahu Əkbər" qışqırdığını xəbər verib.

Deyilənə görə, əsgərlər dərhal həmin əraziyə doğru qaçaraq kişini güllə ilə vurublar.

Əsgərlər terror hücumunun birinci ildönümündə Brüsselin Zaventem aeroportunda patrul çəkir. 22 mart, 2017.
Əsgərlər terror hücumunun birinci ildönümündə Brüsselin Zaventem aeroportunda patrul çəkir. 22 mart, 2017.

Deyilənlər müstəqil mənbələr tərəfindən hələlik təsdiq olunmayıb.

Brüsseldə qərargahlanan İŞİD militantları Parisdə 130 adamın ölümü ilə nəticələnən hücum, Brüssel aeroportunda və şəhər metrosunda partlayış törətdikdən bəri 18 aydır ki, şəhər yüksək sayıqlıq vəziyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG