Accessibility links

Brüsseldəki terror hücumundan bir il ötür [Video]


Brüsseldəki terror hücumundan bir il ötür
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Brüsseldəki terror hücumundan bir il ötür

Bir il öncə terrorçular Belçikanın paytaxtında 32 nəfəri öldürüb, 300-dən çox insanı yaraladı. Hücumlar zamanı yaxınlarını itirənlər kədərlərini müsbət bir şeyə çevriməyə çalışırlar.

Cohan van der Stinin çəkdiyi şəkillər Brüsseldə sərgilənir. O, bir il əvvəl şəhəri sarsıdan terror hücumları zamanı ölən insanlardan biri idi. Onun həyat partnyoru Kristin Verellen bu sərgini Cohanın xatirəsini yad etmək məqsədilə təşkil edib.

Terror hücumundan dərhal sonra biz zorakılıq eləcə də cəmiyyətimizdə şahid olduğumuz parçalanma və qütbləşməyə qarşı müsbət cavab olaraq mənalı birlik yaratdıq.
Kristin Verellen

“Bu son bir il çox çətin keçdi. Martın 22-i ilin sadəcə bir günüdür, amma bu mühüm bir gündür, çünki insan olaraq biz sakit bir şəkildə həyatımızdakı bədbəxt anları yad etməyi bacarırıq”, deyə o bildirir.

Verellen “Dairələr – bizim seçimimiz var” adlı vətəndaş hərəkatını təsis edib. Bu hərəkət zorakılığın təsirləinə məruz qalmış insanları bir araya gətirir. Onlar öz hekayələrini bölüşürlər.

“Terror hücumundan dərhal sonra biz zorakılıq eləcə də cəmiyyətimizdə şahid olduğumuz parçalanma və qütbləşməyə qarşı müsbət cavab olaraq mənalı birlik yaratdıq”, o deyir.

Terroçuların bəziləri Brüsselin Maalbik məhəlləsində yaşayırdılar. İndi isə orada yaşayan 100 min müsəlman terrorist stiqması altında qalmaqdan narahatdır. Amma onların bəziləri də elə terror hücumlarının qurbanı olub.

Məhəmməd Əl Bəşiri Maalbikli metro sürücüsüdür. Onun həyat yoldaşı Lubna terroçuları onun olduğu metro stansiyasını nu partlatdığı zaman həlak olub. Onların üç balaca övladı var.

Məhəmməd öz kədərini sevgi çağırışına çevirib. O Sevgi Cihadı adlı şer kitabı dərc edib.

“Bu sevgi, insanlıq mesajıdır, çünki mənim başıma aqlasığmaz, sözlə ifadə edilə bilməyən bir hadisə gəldi və fikrimcə, mənim kitabım bu hadisəyə bir cavabdır. Biz özümüzü ifadə etməliyik, bizim sevgiyə ehiyacımız var. Eyni zamanda isə biz insan olduğumuzu xatırlamalıyıq. Biz insanlığa geri dönməliyik,” o deyir.

Həm Verellen həm də Əl Bəşiri sevdikləri insanları burada, Maalbik metro stansiyasında itirib. Metro işçiləri qurbanların xatirəsini bir dəqiqəlik sükut əvəzinə bir dəqiqəlik səs-küylə yad edəcəklər və beləcə nifrət və terrora qarşı həmrəyliklərini nümayiş etdirəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG