Accessibility links

Brüsseldə miqrant böhranı ilə bağlı təcili görüş keçirilir


Avropada miqrant böhranı davam etdiyi bir vaxt Avropa İttifaqı və Balkan ölkələri rəhbərləri böhranı müzakirə etmək üçün bu gün Brüsseldə təcili iclas keçiriblər.

Avropa Komissiyasının prezidenti Jean-Claude Junckerin təşəbbüsü ilə keçirilən görüşə Avropa İttifaqının 8 zərərçəkmiş üzv dövləti, eləcə də Serbiya və Makedoniya liderləri qatılıb.

Dünən Bolqarıstan, Rumıniya və Serbiya xəbərdarlıq edib ki, Suriya, İraq və Əfqanıstandan Avropaya kütləvi şəkildə gələn minlərlə miqrant üçün “bufer zona” olmaq fikrində deyillər. Bolqarıstanın baş naziri Boyko Borisov Rumıniya və Serbiya liderləri ilə danışıqdan sonra elan edib ki, əgər Almaniya, Avstriya və Qərbi Avropada olan digər ölkələr öz sərhədlərini bağlayarsa, onlar üçü də eyni vaxtda öz sərhədlərini bağlayacaqlar.

Aylardır ki, bu üç ölkə Avropaya üz tutan miqrantlar üçün tranzit yol rolunu oynayır.

Bir gün əvvəl isə BMT-nin İnsan Haqları Departamenti Çex Respublikasını miqrantları ləyaqəti alçaldan şəkildə həbs etməkdə günahlandırıb.

BMT sözçüsü bildirib ki, bir neçə mənbədən əldə olunan məlumata əsasən ölkədə miqantların haqları sistematik şəkildə pozulub.

Sözçü deyib ki, Çex Respublikası miqrantları 40 gün həbs edir və onları hər gün üçün $10.46 dollar cərimə edir.

Çex Respublikasının preizdenti Miloş Zeman miqrantlara qarşı pis rəftar haqda yayılmış məlumatları təkzib edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG