Accessibility links

Bu gün Amerikada Konqres seçkiləri keçirilir


Bu gün Amerikada Konqres seçkiləri keçirilir
Bu gün Amerikada Konqres seçkiləri keçirilir

Bu gün Amerikada Konqres seçkiləri keçirilir. Amerikalıların seçimi Konqresdə qüvvə balansını dəyişdirməklə yanaşı, prezident Obamanın qanunvercilik gündəmini relsdən çıxara bilər. İctimai rəy sorğuları respublikaçıların Nümayəndələr Palatasında əksəriyyət əldə etmələri üçün lazım olan 39 səsi asanlıqla əldə edəcəyini göstərir. Bəzi siyasi təhlilçilərin fikirncə respublikaçılar 50-dən artıq yer qazana bilər. Rəy sorğularına görə, respublikaçılar Senatda bir necə əlavə yer qazana bilər. Lakin onların əksəriyyət əldə edə biləməyəcəyi təxmin edilir. Yarışlar Nümayəndələr Palatasının 435, Senatın isə 100 yerindən 37-si uğrunda gedir.

XS
SM
MD
LG