Accessibility links

Bu gün Bişkekdə yenidən yürüş keçirilib


Urmat Barıktabaşovu dəstəkləmək üçün minlərlə anti-hökumət nümayişçi parlıament binası qarşısına toplaşıb

Bu gün Qırğızıstan paytaxtı Bişkekdə sürgündən qayıtmış siyasətçini dəstəkləmək məqsədi ilə keçirilən yürüş zamanı ordunun havaya atəş açdığı xəbər verilir. 5 il bundan öncə cinayət ittihamları ilə üzləşdiyindən ölkədən qaçan Urmat Barıktabaşovu dəstəkləmək üçün minlərlə anti-hökumət nümayişçi parlıament binası qarşısına toplaşıb. Hərbçilərin paytaxtda yürüş keçirməyə can atan digər dəstənin qarşısını saxlayaraq, şəhərə daxil olmağa imkan vermədiyi və həmin dəstənin şəhərin kənarındakı yoxlama məntəqəsi yaxınlığında yürüş keçirdiyi bildirilir.

Vaxtilə prezidentliyə namizədliyini irəli sürən Urmat Barıktabaşova qarşı 2005-ci ildə hakimiyyəti devirmək cəhdi ilə bağlı ona qarşı ittiham irəli sürülməsindən sonra ölkəni tərk etməyə məcbur olmuşdu. O, vətənə prezident Kurmanbek Bakiyevin devrilməsindən sonra qayıda bilib.

XS
SM
MD
LG