Accessibility links

Bu gün Kəraçidə 12 nəfər öldürülüb


Bu gün Kəraçidə 12 nəfər öldürülüb
Bu gün Kəraçidə 12 nəfər öldürülüb

Rəsmilər Pakistanın cənubunda yerləşən liman şəhəri Kəraçidə 12 nəfərin öldürüldüyünü bildirib. Bu gün son 24 saat ərzində güllələnənlərin içində Muttahida Qaumi Hərəkatı (MQH) və onun rəqibi Avami Milli Partiyasının fəalllarının da olduğunu qeyd edilir. MQH Sindh vilayətində hakim müttəfiqlərin bir hissəsidir və əsasən urdu dilində danışan əhalini təmsil edir. Avami Milli Partiyası isə paştunları təmsil edən qrupdur. Polis və yarı hərbiçilər bu gün siyası zorakılığı yatırmaq üçün Kəraçiyə göndərilib.

XS
SM
MD
LG