Accessibility links

“Bu il Babək Qalası yürüşü ilə bağlı konsensus yaranmamışdı” [Audio-Müsahibə]


Saleh Molla-Abbasi

Saleh Mollah-Abbasinin sözlərinə görə, bu il ənənəvi Babək Qalası yürüşünün təşkil olunması ilə bağlı milli hərəkata mənsub müxtəlif icmalar arasında fikir ayrılığı mövcud idi. İran Azərbaycanının Qaradağ bölgəsində yaşayan türk fəal və sabiq siyasi məhbus Amerikanın Səsi ilə söhbətdə bölgə əhalisinin Babək Qalası yürüşlərinə baxışı haqqında danışıb.

Saleh Mollah-Abbasi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:56 0:00

Hər il yay mövsümünün ikinci həftəsonu keçirilən ənənəvi Babək Qalası yürüşünün 2005-ci ildən bəri sabiq əzəməti gözə dəymirdi. Keçən iyul ayında yürüşün təkrar geniş bir şəkildə təşkil olunması istiqamətindəki cəhdlər isə təqribən 80 fəalın həbsi ilə nəticələndi.

2005-ci ildən mərasimin keçirilməsinə mane olmaq üçün Əyyami-Fatimiyyə bəhanəsi ilə orada hərbi manevr keçirdilər.

Saleh Molla-Abbasi 2005-ci ildən 2008-ə qədər İran İslam Respublikasının Babək Qalası çevrəsində hərbi manevrlər keçirərək yürüşün keçirilməsinə mane olduğunu deyir.

“2005-ci ildən mərasimin keçirilməsinə mane olmaq üçün Əyyami-Fatimiyyə bəhanəsi ilə orada hərbi manevr keçirdilər. Fatimeyi Zəhranın vəfatı ilə bağlı 2 həftəni Əyyami-Fatimiyyə elan edirlər. Bu bəhanə ilə ki, vəfat günlərində gəlib şənlik edirlər, çalırlar, oynayırlar, Bəsic qüvvələrini maşınlarla gətirdilər buraya və qalaya gedən yolları bağladılar,” Molla-Abbasi söyləyir.

Milli fəal əlavə edir ki, həmin illərdə ailələri ilə gəzməyə gedənlərə belə icazə vermirdilər. "Yəni Babək Qurultayı vaxtında vəziyyət belə idi. Əhali digər aylarda gedə bilirdi. Çünki bu bölgə əsasən turizm bölgəsidir və bir çox əhalinin məişəti turizm xidmətindən təmin olunur... 2008-ci ildə bu manevrlərə son qoyuldu.”

Şərqi Azərbaycan, Babək Qalası - İyun 2017
Şərqi Azərbaycan, Babək Qalası - İyun 2017

Molla-Abbasi keçən bir neçə ildə “qurultay günlərində” də Babək Qalasına toplananların sayının təkrar çoxaldığını deyir. Amma, onun dediklərinə görə, iştirakçılar şeir, musiqi və rəqs mərasimləri təşkil etsələr də siyasi şüarlar səsləndirmirdilər:

“2010-cu ildən sonra, bu yavaş yavaş təkrar yola düşdü. Təhlükəsizlik tədbirlər nisbətən azalmışdı. Əlbəttə xəbərçilər də var idi ki, şüarlar səsləndirilsə gedib xəbər versinlər. Amma elə deyildi ki, sərt tədbirlər olsun ya məsələn insanlar həbs olunsun.”

Milli fəalın dediklərinə görə, Babək Qalası yürüşünün əzəmətli şəkildə keçirildiyi vaxtlar, bütün qruplar arasında konsensus var idi... "Amma, bu il müəyyən bir qrup tərəfindən buna çağırış verildi və buna görə də yerinə getmədi," o fikrini tamamlyaır.

XS
SM
MD
LG