Accessibility links

“Hakimiyyət meydan hərəkatından qorxur” [Audio-Müsahibə]


Əkbər Əbulzadə
Əkbər Əbulzadə

Güneyin Qaradağ bölgəsində yerləşən Babək Qalasına illik yürüşlə əlaqədar keçən həftədən bəri təqribən 80 türk fəal nəzarət altına alınarkən, onlarla fəal Ettelaat qurumlarına çağrılıb ya telefon vasitəsilə təhdid ediliblər. Qaradağ bölgəsindən Amerikanın Səsinə danışan fəal Əkbər Əbulzadə baş verənləri anladaraq İran rəsmilərinin ənənəvi Babək yürüşünə həssaslığının səbəblərini dəyərləndirib.

Əkbər Əbulzadə İran Azərbaycanındakı həbs dalğasını şərh edir
please wait

No media source currently available

0:00 0:12:14 0:00

Əbulzadənin söylədiklərinə görə, iyulun 5 və 6-da keçirilən Babək Qalası yürüşü zamanı və yürüşdən öncə, habelə sonrakı günlərdə təqribən 80 türk fəal İranın təhlükəsizlik qurumları tərəfindən saxlanılıb.

Həbs edilən türk fəalların bir neçəsi
Həbs edilən türk fəalların bir neçəsi

“Tutulmalar Ərdəbil, Təbriz, Urmiyə, Əhər, Sulduz, Sarab, Xoy, Bostanava və Kəleybər kimi şərhərlərdə olub. Bəzi yoldaşlarımız qalaya getmədən öncə evlərində ya iş yerlərində tutulublar. Bəzi yoldaşlar da qalanın yolunda saxlanılıblar,” deyə Əkbər Əbulzadə bildirir.

Kəleybər şəhərinə gedən maşınların önünü kəsib, bəzi maşınları axtarıb və içində olan şəxləri filmə çəkmişlər. Bu şəkildə qorxutmaqla adi vətəndaşların getməsini önləyirdilər.

Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində yaşayan fəal həmçinin fəalların nə şəkildə təhdid edildiyini Amerikanın Səsinə anladıb.

Onun sözlərinə görə, daha əvvəl şərti həbs cəzasına məhkum olmuş və ya hökmlərinin icrası təxirə salınmış fəallara yürüşə qatıldıqları təqdirdə dərhal həbs ediləcəkləri və hökmlərinin icraya qoyulacağı söylənilib.

Türk fəal deyir ki, təhlükəsizlik qurumlarının yürüşü önləmək məqsədilə tətbiq etdiyi basqıları bölgə əhalisi də hiss edib:

“Təhlükəsizlik qüvvələri cümə-axşamı günü (5 iyul) Kəleybər şəhərinə gedən maşınların önünü kəsib, bəzi maşınları axtarıb və içində olan şəxləri filmə çəkmişlər. Bu şəkildə qorxutmaqla adi vətəndaşların getməsini önləyirdilər.”

Tutulan fəallardan bir çoxunun işgəncəyə məruz qaldığını vurğulayan Əbulzadə onlardan bir neçəsinin adlarını açıqlayıb:

“Sədullah Sasani, Milad Əkbəri, Tovhid Əmir-Əmini, Məhəmməd Mərdi, Əli Ruhbəxş, Möhsün İsmaili, Yusuf Kari, Məmməd Azadi və Cavad Yekanlı kimi fəalların paylaşdıqlarına görə, bunlar dəyənəklə döyülüblər və bədənləri göyərib. Rəhim Qulami, Əli Vasiqi, Səid Sadıqifər və Mehdi Huşmənd Ərdəbil zindanında məhbuslar tərəfindən ağır şəkildə döyülüblər. Əli Xeyrcu, Rahim Novruzi, Murtaza Pərvin, Meysəm və Məmməd Colani başları, qulaqları və bədənıərindən çəkdikləri şəkillərdən bəllidir ki şişmiş və göyərmiş...”

İşgəncə xəbərlərinin gəldiyi bu vəziyyətdə hələ azadlığa buraxılmayan yoldaşlarımızın taleyindən nigaranıq.

“Belə bir vəziyyətdə hələ azadlığa buraxılmayan yoldaşlarımızın taleyindən nigaranıq,” deyə Əkbər Əbulzadə işgəncə xəbərlərinə diqqət çəkərək ifadə edir.

İran hakimiyyətinin Babək Qalası yürüşünə həssaslığının səbəblərini dəyərləndirən türk fəalın fikrincə, hakimiyyət fəalların bir araya gəlib və vətəndaşlarla irtibata keçə biləcəkləri platformaların yaradılmasını istəməməkdədir.

“Mediası olmayan insanlarımıza bu hərəkatı canlı göstərən, onlara güc verən və oyanış yaradan fəaliyyətlər meydan fəaliyyətləri olur. Meydan hərəkatı hər zaman hakimiyyəti qorxuya salır. Milli fəallar və millət bir araya gələndə oyanış olur. Buna görə də hakimiyyət millətlə fəalların arasındakı irtibatları kəsməyə çalışır.”

XS
SM
MD
LG