Accessibility links

"Bu, müharibədir!" - ABŞ siyasətçiləri Fransadakı terror hücumuna münasibət bildirir


ABŞ-da prezidentliyə hər iki əsas namizəd Fransada baş verən terror hücumuna cavab olaraq ABŞ-ın radikal islamçı terroristlərlə müharibədə olduğunu deyiblər. Hilari Klintonun cavabı Donald Trampla müqayisədə daha təmkinli olub.

Respublikaçı namizəd Tramp ABŞ-ın terroristlərlə mübarizə aparmalı olduğunu deyib. Prezident olduğu təqdirdə Konqresdən İŞİD-ə qarşı rəsmi müharibənin elan olunmasını istəyəcəyini açıqlayıb. Demokrat namizəd Klinton təcili xəbərdarlıq edərək terroristlərə qarşı mümkün qədər çox kəşfiyyat məlumatlarının əldə olunmasının vacibliyini qeyd edib.

Bu başqa növ müharibədir və biz müharibəni necə aparacağımız və qalib gələcəyimizi ehtiyatla düşünməliyik
Hilari Klinton

Fox telekanalına danışan Tramp naməlum terroristlərə qarşı müharibə elan etməyə hazırlaşacağını və NATO qoşunlarını “dünya müharibəsi”nə cəlb etmək istədiyini deyib.

Daha sonra CNN kanalında Klinton Trampın şərhinə münasibət bildirib:

“Mənim fikrimcə, bizim terror qrupları və onların təmsil etdikləri zorakılıqla müharibədə olmağımız hamıya məlumdur. Bu, başqa növ müharibədir və biz müharibəni necə aparacağımız və qalib gələcəyimizi ehtiyatla düşünməliyik. Məncə, biz mümkün olan bütün yanaşmalarla yalnız bunu etməyə çalışmalıyıq.”

Bütün Amerika boyu siyasi fiqrular hücuma reaksiya veriblər.

Nitsadakı terrror hücumu amerikalıları hiddətləndirib.
Nitsadakı terrror hücumu amerikalıları hiddətləndirib.

Bu dəqiqələrdə Donald Trampın özünə vitse prezidentiyə namizəd kimi seçdiyi və İndiana qubernatoru Mayk Pens terror aktını "Qərb sivilizasiyasının üzləşdiyi hədə" kimi təsvir edib.

Konqresmen Sean maloney (Demokrat) tvitterdə "radikal İslam terrorunu birdəfəlik məhv etməyin" vaxtı çatdığını yazıb.

"Sülh, təhlükəsizlik, dəyanət və bu şəri yer üzündən silmək üçün lazım olan güc üçün dua edirik," başqa konqresmen Mayk Kelli (Respublikaçı) yazıb.

Əksər siyasi fiqurlar bu ağır gündə fransız xalqı ilə çiyin-çiyinə dayandıqlarını bəyan ediblər.

XS
SM
MD
LG