Accessibility links

Təklif olunan ABŞ büdcə kəsirinin səhiyyə təhlükəsizliyinə böyük təsiri ola bilər [Video]


​Prezident Donald Tramp qlobal sağlamlıq tədqiqatına ayrılan pulların azaldılmasını təklif edir. Bu isə malyariya və QİÇS-ə son qoymaq və digər yoluxucu xəstəliklərə qarşı mübarizə aparmaq məqsədilə aparılan işlərə təsir göstərə bilər. Prezidentin büdcə kəsiri təklifi onun sadəcə bir arzusu olsa da və Konqres onu təsdiq etməyə istəkli görünməsə də, bəziləri bu büdcə təklifini narahatedici tendensiyanın bir hissəsi olaraq görür.

Əgər təklif olunan kəsirlər həyata keçirilsə, səhiyyə təhlükəsizliyinə ciddi təsiri ola bilər.

2014-cü ildə ebola böhranı başlayanda, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi pandemiyanın qarşısını almağa yardım etmək üçün Qərbi Afrika ölkələrinə heyət göndərdi. Milli Səhiyyə İnsitutu əczaçı şirkətlərə gəlir əldə etməyəcəkləri vaksinlər hazırlmaq üçün tədiqətalarına maddi yardım verdi. Bundan əlavə Milli Səhiyyə İnsiututu QİÇS və malyariyaya qarşı mübarizədə də böyük rol oynayıb. BMT-nin QİÇS üzrə agentliyinin verdiyi məlumata görə, QİÇS-lə bağlı ölüm halları 2005-ci illə müqayisədə ikiqat azalıb və belə görünür ki, tədqiqatçılar malyariyaya qarşı vaksin hazırlamağa da yaxındırlar.

Prezident Trampın 2018-ci il üçün irəli sürdüyü büdcədə Milli Səhiyyə İnstitutuna ayrılan pulun 18, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə ayrılan pulun isə 17 faiz azaldılmasına çağırılır. Stefen Morris Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin nəzdində fəaliyyət göstərən Qlobal Səhiyyə Siyasəti Mərkəzinə başçılıq edir.

“Əgər təklif olunan kəsirlər həyata keçirilsə, səhiyyə təhlükəsizliyinə ciddi təsiri ola bilər”, deyə o bildirir.

Qlobal Səhiyyə Texnologiyaları Koalisiyasından Ceymi Bay Nişi isə deyir ki, xəstəlik epidemiyasının qarşısını almaq, epidemiya başlayandan sonra onunla mübarizə aparmaqdan daha ucuz başa gəlir.

“Milli Tibb Akademiyası yaydığı hesabatda bildirir ki, pandemiyaya qarşı tədbir görmək 60 milyard dollara başa gəlir. Lakin gələcək təhlükələri azaltmaq cəhdləri olaraq aparılan profilaktik təqdiqata xərclənən pulun dəyəri illik 1 milyard dollar təşkil edir.”

Nişi deyir ki, ABŞ-ın investisiyası nəticəsində istehsal olunan malyariya dərmanları 750 min həyatın xilas olunmasına, ucuz meningit vaksini isə 400 min ölüm hallarının qarşısının alınmasına gətirib çıxarıb.

Bundan əlavə, Johnson and Johnson kimi əczaçılıq şirkətləri hökümətin onların apardıqları tədqiqatları dəstəkləməsini istəyir, ələxüsus də aşağı gəlirli ölkələr üçün dərman hazırlaya bilmək üçün. Ceymi Teylor bu məsələdə Johnson and Johnsonu dəstəkləyir.

“Biz bunu tək başına edə bilmərik. Bu, birmənalıdır”, deyə o bildirir.

Morrison deyir ki, prezidentin büdcə təklifi hələ ki, təsdiq olunmayıb.

“O, istədiyi hər şeyi əldə edə bilməyəcək, amma bəzi şeylər təsdiqlənəcək.”

Morrison və digərlərinin fikrincə əsas problem odur ki, əgər büdcə kəsirləri davam etsə, ABŞ tibbi araşdırma sahəsindəki dünya lideri rolunu itirəcək və bütün dünya yoluxucu xəstəliklərin yayılmasına daha açıq olacaq. Nüvə Təhlükəsi Təşəbbüsündən Elizabet Kameron da deyir ki, bioterror ABŞ üçün daha böyük risk təşkil edir.

“Bizim hər hansı xəstəliyə qarşı tədbirli olmağımız çox mühümdür”, o deyir.

Nişi həmçinin iddia edir ki, ABŞ-da aparılan tədqiqat və inkişaf iş yerlərinin yaranmasına səbəb olur. Amma büdcə kəsiri ilə bu iş yerləri itiriləcək.

ABŞ hökümətinin qlobal səhiyyə ilə bağlı tədqiqat və inkişaf işləri təkcə bütün dünyada milyonlarla həyatın xilas olunmasına yardım etmir, həm də ABŞ-da iş yerlərinin yaranmasına gətirib çıxarır, ABŞ iqtisadiyyatını və səhiyyə təhlükəsizliyini dəstəkləyir.

“ABŞ hökümətinin qlobal səhiyyə ilə bağlı tədqiqat və inkişaf işləri təkcə bütün dünyada milyonlarla həyatın xilas olunmasına yardım etmir, həm də ABŞ-da iş yerlərinin yaranmasına gətirib çıxarır, ABŞ iqtisadiyyatını və səhiyyə təhlükəsizliyini dəstəkləyir”, deyə Nişi bildirir.

Lakin Səhiyyə və İnsan Xidmətləri naziri Dr. Tom Prays deyir ki, əgər hər iki agentlik inzibati xərcləri azaltsa, proqramlar davam edəcək.

“Fikrimcə, prosesin ilk mərhələsində büdcənin məqsədi daha az pul xərcləyərək daha çox şeyə nail olmağa yönəltməkdir”, deyə Dr. Prays bildirir.

Konqres bu məsələlərlə qanunvericilər senytabrda yay tətilindən dönəndən sonra məşğul olacaq.

XS
SM
MD
LG