Accessibility links

ABŞ-ın Nümayəndələr Palatasının 2017-ci il büdcəsinin təsdiqinə bir neçə gün qalır


ABŞ-ın Nümayəndələr Palatasının 2017-ci il büdcəsinin təsdiqinə bir neçə gün qalır. Razılıq əldə edilmədiyi təqdirdə aprel ayının 28-də gecə yarısı hökumət bağlanacaq.

Nümayəndələr Palatasının 435 nümayəndəsi 700 minə yaxın insanı təmsil edir. Palata hökumətin qanunverici qanadının bir hissəsidir. Senatla bərabər Palata ABŞ Konqresini təşkil edir.

ABŞ-ın Nümayəndələr Palatasında keçirilən debatlar hökumətin məsrəflərinin təsdiqi üçün ən mühüm proses hesab edilir.

Qanun layihəsində xərclərin sahələri müəyyən edilir. Palatanın təsdiq etdiyi hər bir qanun kimi hökumət xərcləri Senatın da təsdiqini əldə etməlidir.

Ötən ilin sonunda prezident seçilən Donald Tramp respublikaçıların əksəriyyət təşkil etdiyi Konqresdən büdcənin təsdiqinin yubadılmasını və bununla yeni administrasiyanın məsrəf prioritetlərini müəyyən etməsinə yardım göstərməsini istəmişdi.

Konqresin respublikaçı liderləri onun xahişini nəzərə alaraq davamlı bəyanat imzalamışdı. Sənəddə aprelin 28-i son möhlət kimi göstərilib.

Bu, yenilik deyil.

ABŞ hökuməti artıq 8 ildir büdcə ilinə davamlı bəyanatla başlayır.

2017-ci ilin məsrəflər büdcəsi $3.65 trilliondur. Tramp Müdafə və Daxili Təhlükəsizlik Nazirliklərinin xərclərinin, digər agentliklərin xərclərini azaltmaqla artırılmasını təklif edir.

Prezidentin istəyi ancaq təklif mahiyyəti daşıyır. Yekun qərarı ABŞ xalqını təmsil edən Konqres verəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG