Accessibility links

2019-cu il dövlət büdcəsinin layihəsi parlamentə təqdim edilib


Büdcə
Büdcə

2019-cu ilin dövlət büdcəsi Milli Məclisə təqdim edilib. Büdcə zərfinə "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri daxildir.

Qanun layihəsində 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat, xərcləri 24 milyard 780 milyon manat proqnozlaşdırılıb.

Sənədə görə 2019-cu ildə ölkədə ÜDM-nin real artımı 3,6% olmaqla, 81,9 mlrd. manat, o cümlədən qeyri-neft sektorunda ÜDM-in artımı 3,9% olmaqla 50,5 mlrd. manat təşkil edəcək.

2019-cu ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 2,2% artaraq 17,9 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 58,2%-i daxili investisiyaların, 41,8%-i xarici invesitisiyaların payına düşür. 2019-cu ildə qeyri-dövlət investisiyalarının həcmi 8,9 mlrd. manat olmaqla, ümumi invesitisiyaların 50%-ni təşkil edəcək.

Növbəti 3 ildə yerli valyutanın ABŞ dolları ilə dəyərinin 1,70 manat səviyyəsində qalacağı və istehlak qiymətləri indeksinin cari ildə təkrəqəmli səviyyəyə enməsi trendinin davam edəcəyi proqnozlaşdırlır.

Nəticə etibarilə əhalinin gəlir səviyyəsinin 2019-cu ildə 59,2 mlrd. manata qədər artacağı və orta aylıq əmək haqının ötən illə müqayisədə real ifadədə 10,7% artaraq 641,7 manat olacağı proqnozlaşdırılır.

2018-ci illə müqayisədə 2019-cu ilin dövlət büdcəsi 3 mlrd. manat çoxdur.

Dövlət büdcəsində neftin bir bareli 60 dollar göstərilib, 2018-ci ilin dövlət büdcəsində bu rəqəm 55 dollar idi.

XS
SM
MD
LG