Dünən minlərlə insan İspaniyanın şimalında Pamplona şəhərində hər il keçirilən ənənəvi San Fermin öküz qaçışı festivalının ilk günü küçədə öküzlərlə birlikdə qaçaraq öz cəsurluğunu sınayıb.
İzdihamın böyük olmasına baxmayaraq yalnız dörd nəfər yüngül yaralandıqdan sonra müalicə edilib.
Sonuncu öküz səmtini dəyişərkən bir anlığa təhlükəli vəziyyət yaradıb. Lakin son anda o, heç kimə xəsarət yetirmədən arenaya daxil olub.
1923-cü ildə Pamplona şəhərini ziyarət edən Nobel mükafatı laureatı, amerikalı yazıçı Ernest Heminquey buradan ilhamlanaraq “Günəş də doğur” adlı romanını yazmaqla bu yerli ənənəni bütün dünyada tanıdıb.