Accessibility links

Bulla-Dəniz- in söndürülməsinə Amerika şirkəti cəlb olunub


Bulla-Dəniz qaz yatağında yanğın
Bulla-Dəniz qaz yatağında yanğın

Qaz yatağında yanğın avqustun 17-də başlayıb.

“Bulla-Dəniz”qaz yatağındakı quyuda baş vermiş qəzanın aradan qaldırılması işləri davam etdirilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatına görə işlər “Şirvan” və “Z.Hacıyev” kran gəmilərinin vasitəsi ilə həyata keçirilir.

Qəzanın nəticələrinin aradan qaldırılması işinə ARDNŞ və FHN-in mütəxəssisləri ilə yanaşı Amerikanın “Boots & Coots international Well Control” şirkətinin mütəxəssisləri də cəlb olunublar. Yanan quyunun bağlanması “Qurban Abbasov” kran gəmisi vasitəsilə həyata keçirilir.

Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşən “Bulla-dəniz” yatağında suyun dərinliyi 26,5 metrdir.

Qəza nəticəsində platformanın 62 işçisi evakuasiya edilib.
XS
SM
MD
LG