Accessibility links

Bulud texnologiyalı geyimlər [Video]


Bulud texnologiyalı geyimlər
please wait

No media source currently available

0:00 0:01:58 0:00

İnsanlar üçün məlumatları bulud texnologiyasında saxlamaq o deməkdir ki, onlar internet bağlantısı olan hər bir yerdən bu məlumatlara çıxış əldə edə bilərlər. Bu ucuz baş gələ, eyni zamanda yararlı ola bilər, amma məlumatları buludda saxlamaq onları telefon və ya ev kompüterində saxlamaq qədər təhlükəsiz deyil. Bəs görəsən bu məlumatları üzərinizə taxa bilmək necə olardı? Milli Elm Fondunun dəstəyi ilə bulud geyim ilə bağlı aparılan yeni araşdırmada elə məhz bu tədqiq olunur.

Raqib Həsən bütün məlumatları şəxsi buludda saxlayır.

Mənim məqsədim məsuliyyəti istifadəçiyə ötürməkdir. Məlumata nə olacağına istifadəçi qərar verir. İndiki buludlarda isə bu mühüm element çatışmır.
Raqib Həsən

“Məncə şəxsi buludlar çox əlverişlidir. Bu buludları istədiyiniz yerə apara bilərsiniz. Bu, gələcəyin seçimi olacaq,” deyə o bildirir.

Bulud hesablamaralı istifdaçilərə məlumatları şəxsi kompüterlər əvəzinə uzaq kompüterlərdə saxlamağa imkan yaradır.

Bulud yaddaşı məlumatların kompüter qəzası nəticəsində itməsinə qarşı qoruyur və internet bağlantısı olan hər bir yerdən həmin məlumatlara çıxışla təmin edir.

Lakin bu serverlərin hakerlərin hədəfinə çevrilmək riski yüksəkdir.

Ona görə də Həsən yanınızda daşıya biləcəyiniz buludlar yaratmağa çalışır.

“Mənim tədqiqatım əşyalardan bulud yaratmağa yönəlib,” o deyir.

Belə əşyalardan biri bu prototip bulud gödəkçəsidir. Onun üstündə 10 kiçik kompüter, şəxsi wifi hotspot-u, əlavə batareyalar və hətta bu bataerayaları yenidən doldurmaq üçün günəş paneli var.

“Biz hərahansı geyim növünün içinə taxa biləcəyiniz jilet düzəltmək istəyirik. Məsələn əgər siz geyindiyiniz köynəyi ağıllı etmək istəyirsinizsə, altından həmin jileti taxa bilərsiniz,” deyə o bildirir.

Buna bənzər texnologiyadan artıq bir çox yerdə istifadə olunub. Məsələn şəxsi xəbərdarlıq sistemi olan qolbaqlardan tutmuş pasientin səhhətini yoxlayan xəstəxana geyimləri, döyüş və xilasetmə əməliyyatları zamanı real vaxt məlumatlar toplayan hərbi avadanlıqlara kimi bir çox şeydə istifadə olunur.

Bulud
Bulud

Bu texnologiyada təhlükəsizlik faktoru daha yüksəkdir çünki bulud uzaq servedə deyil, bədəninizdə olur.

“Mənim məqsədim məsuliyyəti istifadəçiyə ötürməkdir. Məlumata nə olacağına istifadəçi qərar verir. İndiki buludlarda isə bu mühüm element çatışmır,” Həsən söyləyir.

Həsən bulud geyimlərini istifadəçi yönümlü etməyə çalışır. O gələcəkdə ağıllı telefonlar, saatlar və fitnes qolbaqlarının arxanızdakı köynək vasitəsilə bir birinə bağlı olacağı bir gələcək təsəvvür edir.

XS
SM
MD
LG