Accessibility links

Ekoloji cəhətdən daha təmiz ləzzətli burgerlər [Video]


Ekoloji cəhətdən daha təmiz ləzzətli burgerlər
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Əsrin ortasına dünya əhalisinin sayı 10 milyardı ötəcək. Ekspertlər isə planeti dağıtmadan dünyanı qidalandırmağın yolunu axtarırlar. Ətraf mühitə mənfi təsiri daha az olan amma əsl dadını qoruyan qidalar tapmaq asan deyil. Lakin aşpazlar və ətraf mühit fəalları bu meyarlara uyğun yeni yemək növünü dəstəkləyir. Bu da göbələkli burgerdir.

Adətən burgeri bişirəndə içindən çoxlu şirə çıxır. Amma bu burgerdən o qədər də şirə çıxmır, çünki göbələk ətdən çıxan bütün şirəyi canına çəkir.
Rob Morasko

Şirəli burger, göbələk parçaları ilə daha da şirəli olur.

Rob Morasko Sodexo adlı qida xidmətləri çirkətində məhsul inkişafı idarəsinə başçılıq edir.

“Adətən burgeri bişirəndə içindən çoxlu şirə çıxır. Amma bu burgerdən o qədər də şirə çıxmır, çünki göbələk ətdən çıxan bütün şirəyi canına çəkir,” deyə o bildirir.

Bu burgerlər dörddə üç mal ətindən, dörddə bir isə göbələkdən ibarətdir. Onlar adi burgerlə müqayisədə həm daha şirəli, həm də daha az kalorili, daha az yağlı və daha az duzludur. Ancaq Morasko deyir ki, əsas dadıdır.

“Onu dişləyəndə, çox gözlə dad gəlir. Həm də göbələyin dadını hiss etmək olmur,” o söyləyir.

Göbələklərin bir başqa müsbət cəhəti də var. Dünya Ehtiyatları İnstitutundan Riçard Ueyt deyir ki, göbələklər burgerləri ekoloji cəhətdən daha təmiz edir.

“Mal əti bizim tez-tez yediyimiz ərzaqlardan ən çox resurs tələb edənidir. Amerikalıların yeməkləri üçün istifadə olunan torpaq və istixana qaz emissiyalarının yarısı mal ətinin boynuna düşür,” deyə o bildirir.

Burger
Burger

Amerikalılar hər il 10 milyon burger yeyir.

Əgər onların hər birinin içindəki ət göbələklə qarışdırılsa, istixana qazlarındakı azalma yollarda iki milyon maşının yığışdırılmasına bərabər olacaq.

Ueyt deyir ki, bitkilərdən hazırlanan burgerlər populyarlaşmağa başlasa da, onlar hələ də bazarın çox kiçik hissəsini təşkil edir.

Mal əti bizim tez-tez yediyimiz ərzaqlardan ən çox resurs tələb edənidir. Amerikalıların yeməkləri üçün istifadə olunan torpaq və istixana qaz emissiyalarının yarısı mal ətinin boynuna düşür.
Riçard Ueyt

“Bu yemək geniş kütlə tərəfindən sevilsə, eyni zamanda ətraf mühit üçün böyük faydalı ola bilər,” o deyir.

Təxminən 400 məktəb yeməkxanası, universitet və xəstəxana Sodexo-nun qarışıq mal ətindən burgerlə yanaşı başqa yeməklər də hazırlayır.

“Lazanya, çili, küftə, ət ruleti kimi adi mal ətindən hazırlanan yeməklər artıq göbələkli ətdən bişirilir. 30 yemək yeni ətlə hazırlanır,” Morasko söyləyir.

Sonic Drive-In qarışıq burgerləri satan ilk böyük fast food zənciridir.

Onlar müştərilərin bu burgerin dadlı olub-olmadığını müəyyən etmək üçün iki aylıq sınaq keçirir.

XS
SM
MD
LG