Accessibility links

Burkina-Fasonun paytaxtındakı restorana silahlı hücum olub


Silahlı şəxslər Burkina-Fasonun paytaxtındakı restorana girərək, 17 nəfəri qətlə yetirib, 8 nəfəri yaralayıb.

Rabitə naziri Remo Dancinu Uqadoqudakı "Əziz" restoranına silahlı hücumun bazar günü gecə həyata keçirildiyini bildirib.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Dənizə çıxışı olmayan bu Qərbi Afrika ölkəsi şimalda uzun zamandır islamçı ekstremistlərlə mübarizə aparılan Mali ilə həmsərhəddir.

2016-cı ilin yanvar ayında da paytaxtdakı lüks mehmanxanaya və kafeyə edilən hücum zamanı 30 nəfər qətlıə yetirilmişdi. Həmin hücumun məsuliyyətini Müsəlman Məqribdə Əl-Qaidə qrupu öz üzərinə götürmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG