Accessibility links

Azərbaycan həkimləri Burkina Fasoda humanitar aksiya keçirib


Azərbaycan oftolmoloqları Burkina Fasoda humanitar aksiyada
Azərbaycan oftolmoloqları Burkina Fasoda humanitar aksiyada

Aksiya zamanı 65 insanın gözündə əməliyyat aparılıb, 1500 insanın gözləri müayinə olunub

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (Azerbaijan International Development Agency - AIDA) İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlığı çərçivəsində Afrika ölkələrində həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyası 4-10 may tarixlərində Burkina Fasoda baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın oftalmoloq-cərrahları Emil Hüseynov və Məhərrəm Pirmətov Afrika ölkələri üçün səciyyəvi olan çətin şəraitdə 65 uğurlu göz-katarakt əməliyyatları həyata keçirib.

Ümumilikdə humanitar aksiya ərzində ödənişsiz əsasda 1500 insanın gözləri müayinəsindən keçirilib, 375 insanın göz əməliyyatları nəticəsində görmə qabiliyyəti bərpa edib.

Humanitar aksiyada iştirak etmək məqsədilə AİDA Agentliyinin rəisi Əşrəf Şıxəliyev bu ölkəyə səfər edib. Səfər çərçivəsində agentliyin rəisi Burkina Fasonun səhiyyə naziri, xarici işlər və regional əməkdaşlıq nazirinin müavini, İqtisadiyyat və Maliyyə Nazirliyinin baş katibi ilə görüşlər keçirib.

AİDA və İslam İnkişaf Bankı bu il ərzində Afrikanın Benin, Çad, Kamerun, Cibuti, Qvineya, Mali və Niger ölkələrində də birgə humanitar aksiyalar keçirəcək .

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG