Accessibility links

Burundidə dövlət çevrilişi cəhdi ilə bağlı həbs edilənlər var


Prezident Nkurunziza cümə axşamı ölkəyə geri dönüb

Burundi rəsmiləri çərşənbə günü prezident Pyer Nkurunzizaya qarşı çevriliş cəhdində iştirak edən üç nəfəri həbs etdiklərini bildiriblər.

Prezidentin köməkçisi müxbirlərə bildirib ki, həbs olunanlar çevrilişin təşkil olunmasına yardım edən generallardır, amma çevrilişin lideri Qodefroid Niyombare həbs olunanların sırasına daxil deyil.

Rəqib qruplar arasında davam edən iki günlük qarşıdurmadan sonra cümə günü paytaxt Bucumburada sakitliyin bərqərar olunduğu bildirilir.

Çərşənbə günü sabiq kəşfiyyat rəisi general-mayor Qodefroid Niyombare prezident və onun hökümətini hakimiyyətdən devirdiyini açıqladığı zaman prezident Tanzaniyada olub.

Lakin Nkurunziza cümə axşamı Burundiyə dönərək, Twitter hesabında ölkəyə geri döndüyünü elan edib.

Aprelin 26-da prezident Nkurunziza üçüncü dəfə prezidentliyə namizədliyini elan etdikdən sonra ölkədə iğtişaşlar başlayıb.

Çad prezidenti İdriss Debi daxil olmaqla, Afrika liderləri iğtişaşların dayandırılmasına çağırıb.

Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası Burundidə vəziyyətə nəzarət etmək üçün ölkəyə insan haqları müşahidəçilərini göndərəcəyini elan edib.

Afrika İttifaqının sədri ölkədə konstitusional nizamın bərpa olunmasına çağırıb. Cənubi Afrikalı Nkosazana Dlamini Zuma zorakılıq davam etsə, daha çox insanın öləcəyini, əhalinin didərgin düşəcəyini və əmlakların dağıdılacağını deyib.

XS
SM
MD
LG