Accessibility links

Corc Buş ata xəstəxanada intensiv nəzarət altındadır


Sabiq ABŞ prezidenti Corc Herbert Buş həyat üçün təhlükəli qan infeksiyasına yoluxduqdan sonra xəstəxanada intensiv nəzarət altındadır. Son məlumatlara görə onun səhhəti yaxşılaşmağa doğru gedir.

Buş ailəsinin sözçüsü deyib ki, ata Buş həyat yoldaşı Barbara Buşun ötən çərşənbə axşamı vəfat etməsindən cəmi bir neçə gün sonra xəstəxanaya yerləşdirilib.

CNN tele kanalını məlumat verir ki, Buşlar ailəsi ata Buşun Barbaranın ölümünə və belə bir emosional baxımdan ağır həftəyə necə tab gətirə biləcəyindən narahatdır.

93 yaşlı Buşun ötən il sətəlcəm diaqnozu ilə 16 gün xəstəxanada keçirməsi də daxil olmaqla o, ötən illərdə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Ailə sözçüsü ata Buşun səhhəti ilə bağlı məlumatlar yeniləndikcə onları bölüşəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG