Accessibility links

ABŞ-ın yüksək siyasi fiqurları Barbara Buşa son ehtiramlarını bildirir


ABŞ-ın yüksək siyasi fiqurları sabiq birinci xanım Barbara Buşa son ehtiramlarını bildirir.

Prezident Donald Tramp onu Amerika ailələrinin müdafiəçisi adlandırıb. O deyib ki, xanım Buşun əldə etdiyi böyük nailiyyətləri arasında savabsızlıqla mübarizəsi yüksək qiymətləndirilməlidir.

Buşun əldə etdiyi böyük nailiyyətləri arasında savabsızlıqla mübarizəsi yüksək qiymətləndirilməlidir

ABŞ dövlət başçısı onun ölkə və ailələrin misilsiz xidmətinə görə daim xatirələrdə yaşayacağını deyib.

Sabiq prezident Barak Obama sabiq birinic xanım Mişel Obama ilə bərabər hər zaman xanım Buşa minnətdar olacaqlarını deyib.

O bildirib ki, sabiq birinci xanımın ictimai xidməti bəşər nümunəsi kimi amerikalıların ruhuna yol açıb.

Keçmiş prezident Bill Klinton da öz növbəsində "Barbara Buşun diqqətəlayiq bir xanım, onun geniş qəlbə, zəka və gözəlliyə" sahib olduğunu deyib.

Sabiq prezident Cimmi Karter xanımı Rozalin Karterlə birgə Barbara Buşun matriarxal ailəsinin könüllü yardımlarla vətəndaşların millətin inkişafında iştirakına üstünlük verdiyini bildirib.

Onun dəfn mərasimi şənbə günü Texas ştatının Hyuston şəhərində olacaq.

Sabah Barbara Buşun cənazəsi ictimiayyətlə vida məqsədi ilə bir zamanlar həyat yoldaşı ilə ziyarət etdiyi Yepiskop kilsəsinə qoyulacaq.

XS
SM
MD
LG