Accessibility links

ABŞ-ın sabiq prezidenti Corc Buş ata xəstəxanaya aparılıb


Birləşmiş Ştatlarda hazırda prezidentliyə namizəd Ceb Buşun atası, sabiq prezidenti Corc Buş yıxılaraq boyun sümüyünü sındırdığına görə bu gün xəstəxanaya aparılıb. O, həm də sabiq prezident Corc Buş atasıdır.

Sözçü Cim Makqratın dediyinə görə, 91 yaşlı Buş dünən Meyn ştatının Kennebankportdakı yay evində yıxılıb. Sözçü 1989-ci ildən 1993-cü ilədək Birləşmiş Ştatlar prezidenti olan, Respublikaçı ata Corc Buşun Portland şəhərinin xəstəxanasına aparıldığını bildirib.

Sözçü dediyinə görə, cənab Buşun özünü yaxşı hiss edir və xəstəxanadan çıxarkən boynuna xüsusi korset taxılacaq.

XS
SM
MD
LG