Accessibility links

Cəbhə xəttində gərginlik, Azərbaycan hərbçisinin öldürüldüyünü bildirir


Cəbhə xətti
Cəbhə xətti

“Mayın 30-da Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulub və snayperdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin mətbuat açıqlamasında bildirilir.

Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

“Xüsusilə qeyd etmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir," açıqlamada deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi baş verənlərə görə məsuliyyəti "tam şəkildə" Ermənistanın üzərinə qoyub.

Xüsusilə qeyd etmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından sitat

Azərbaycanın yerli mediasının məlumatına görə, həlak olan hərbçi tabor komandiri, mayor Aqil Omarovdur. Hərbçinin ölümü ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi də məlumat yayıb.

Ermənistan mediası rəsmi hərbi qurumlara istinadən bildirir ki, Azərbaycanın yaydığı məlumat həqiqəti əks etdirmir.

“Cəbhənin bütün istiqamətlərində atəşkəs rejiminə ciddi əməl edilir. Azərbaycan tərəfini dezinformasiya yaymaqla süni şəkildə situasiyanın gərginləşdirməməyə çağırırq,” erməni tərəfinin hərbi qurumu bildirir.

Cümə axşamı ATƏT-in Minsk qrupunun həmsədləri Azərbaycanda prezidetn İlham Əliyevlə görüşüb. Görüşdə münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmsədrlər ötən həftənin sonlarında Ermənistanda olub.

Yerli medianın yazdığına görə, həmsədrlər xarici işlər nazirlərinin Amerikada növbəti görüşünün təşkili üçün müzakirələr aparmaq məqsədi ilə regiona səfər edib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Cəbhənin bütün istiqamətlərində atəşkəs rejiminə ciddi əməl edilir.
Ermənistanın rəsmi məlumatından sitat

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG