Accessibility links

Cəlal Rövşən: İran nüvə danışıqlarına güclü mövqedən qayıtmaq istəyir


Siyasi şərhçi Cəlal Rövşən Amerikanın Səsinə müsahibədə deyib ki, "İranın iqtisadiyyatına nəzarəti əlində olan Seyyid Əli Xameneyi və ona yaxın qüvvələr Həsən Ruhani dönəmində iqtisadi böhranın əhalinin məişəti üzərindəki mənfi təsirlərini azalda bilərdilər, amma bunu etmədilər".

“Ruhani dönəmində hökümət içərisindən bir çox siyasətçi bunu səsləndirdi ki, iqtisadi vəziyyət çox da bizim əlimizdə olan bir şey deyil. Yəni, bizdən daha çox İnqilab Qvardiyası (Sepah) və başqa örtülü və açıq güclərin əlindədir,” Rövşən söyləyir.

Ruhani dönəmində Xameneyi bu iqtisadi sanksiyaların yol açdığı sıxıntıları birbaşa xalqa əks etdirdi. Məncə əks etdirməyə bilərdi. Yəni, o qədər neftin və təbii qazın olduğu bir ölkədə xalqa biraz daha sosial yardımlar edilə bilərdi.

O əlavə edir, “mən düşünürəm ki, islahatçı cəbhəni birdəfəlik İranın siyasi gündəmindən silmək arzusunda olan Xameneyi bu iqtisadi sanksiyaların yol açdığı sıxıntıları birbaşa xalqa əks etdirdi. Məncə əks etdirməyə bilərdi. Yəni, o qədər neftin və təbii qazın olduğu bir ölkədə xalqa biraz daha sosial yardımlar edilə bilərdi. Ancaq bu sıxıntıların birbaşa xalqa əks edilməsi bir çox etiraz aksiyası və ayaqlanmaya səbəb oldu.”

Cəlal Rövşən İbrahim Rəisinin prezidentliyə gəlməsi ilə bu siyasətin dəyişdiyini önə çəkir: “Hazırda xalqa əks edilməsi baxımından iqtisadi durum bir az daha yaxşıya gedir. Bu da çox maraqlı bir oyundur. İran Mərkəz Bankı da İranın bloklanmış 3.5 milyard dollar pullarının azad edilməsinin xəbərini verdi. Bu, İranın əlini çox rahatladacaq.”

İran və dünya qüdrətləri arasında 2015 nüvə sazişini canlandırmaq məqsədilə ilə danışıqların noyabrın 29-da Avstriyanın paytaxtı Vyanada davam etdirilməsi gözlənilir. Bəzi ekspertlər İran İslam Respublikasının müzakirə prosesini uzatmaq istədiyini söyləyir.

Cəlal Rövşənin dediklərinə görə, “İran prosesi uzatmaq istəyir. Ancaq qeyri-müəyyənlik istəmir. İslam Cümhuriyyəti bunu bilir ki, bu anlaşma gec, ya tez olmalıdır. Çünki tərəflər güclüdür. Başda ABŞ olmaqla və Avropanın çeşitli dövlətləri. İranın müqavimət göstərməsi mümkün deyil.”

Ancaq, İran sürəkli bunu deyir ki, 2015-də imzalanan anlaşmaya geri dönülməlidir. ABŞ isə yeni şərtlər istəyir.


O əlavə edir: “ABŞ-ın anlaşmadan çəkilməsinin iki əsas səbəbi var idi. Birincisi, ABŞ İranın bölgədəki yayılmaçı siyasəti və çeşitli terror qruplarını dəstəkləməsi mövzusunda bir şərt qoşdu. İkincisi, İranın qitələrarası ballistik raket istehsalının durdurulması şərti. Tramp dedi ki, bu, yaxşı bir anlaşma deyil və bunlar da olmalı idi. İndi Bayden də bu şərtləri anlaşmaya gətirmək istəyir. Ancaq İran sürəkli bunu deyir ki, 2015-də imzalanan anlaşmaya geri dönülməlidir. ABŞ isə yeni şərtlər istəyir. İran da buna məcburdur, ancaq bunu da bilir ki, yeni şərtlər ilə əli gücsüz olacaq. Buna görə, son dönəmlərdə yeni oyunlar oynadı. Bunlardan ən önəmlisi Çinlə 25 illik strateji əməkdaşlıq anlaşması və Şanxay Əməkdaşlıq Təşkilatına qəbul olunmasıdır. Bununla İran bir növ tərəf seçib və Vyana müzakirə masasında əlinin güclü olduğunu ortaya qoymaq istəyir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG