Accessibility links

Sadiq İsabəyli: Baş verənlər onu göstərir ki, İranda “İslam Cümhuriyyəti” yerinə “İslam Hökuməti” gələcək


Sadiq İsabəyli

Amerikanın Səsinə danışan siyasi şərhçi Sadiq İsabəylinin sözlərinə görə, İran İslam Respublikasının hazırda yürütdüyü xarici siyasət nüvə sazişini bərpa etmək və ya digər dövlətlər ilə diplomatik münasibətləri normallaşdırmaq istiqamətində deyil.

Sadiq İsabəyli: Baş verənlər onu göstərir ki, İranda “İslam Cümhuriyyəti” yerinə “İslam Hökuməti” gələcək
please wait

No media source currently available

0:00 0:15:23 0:00

İsabəyli yeni prezident İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra hərbi qüvvələrin həm daxildə icraedici orqanlara, həm də xarici siyasət qurumlarına yerləşdirildiyini önə çəkir.

Olanlar göstərir ki, bu sürəc davam etdiriləcək. Bu, konkret olaraq bir mərhələyə çatdırılacaq ki, artıq orada İslam Cümhuriyəti nizamı adlı bir siyasi quruluş tamamilə dəyişib yeni bir sistemə keçəcək və onun da adını qoyurlar İslami Hökümət.

“Sepaha (İnqilab Qvardiyası), özəlliklə də Qüds qoşunlarına bağlı olan qüvvələr hakimiyyətə gətirilir. Bunları daxili siyasətdə, icraedici orqanların müxtəlif bölmələrinin başında görürük. Eyni proses ayrı bir formada xarici siyasətdə var. Biz bilirik ki, bugün xarici işlər naziri kimi tanınan şəxs birbaşa Sepaha bağlı biridir,” o, söyləyir.

Siyasi şərhçi bu baş verənləri İranda bir sistem dəyişikliyinə gedildiyinin əlaməti kimi dəyərləndirir.

Onun sözlərinə görə, “Baş verənlər onu göstərir ki, bu sürəc davam etdiriləcək. Bu, konkret olaraq bir mərhələyə çatdırılacaq ki, artıq orada İslam Cümhuriyyəti nizamı adlı bir siyasi quruluş tamamilə dəyişib yeni bir sistemə keçəcək və onun da adını qoyurlar İslami Hökumət.”

İsabəyli İranın zənginləşdirilmiş uran ehtiyatını artırmağa və bölgədə terror qruplarına dəstək verməyə davam etdiyini önə çəkərək deyir, “bu siyasətlər göstərir ki, İran bu məsələlərin həlli, nüvə sazişinin bərpası və digər dövlətlərlə qarşılıqlı diplomatik münasibətlərin normallaşması yönündə heç bir səy göstərmir.”

bu siyasətlər göstərir ki, İran bu məsələlərin həlli, nüvə sazişinin bərpası və digər dövlətlərlə qarşılıqlı diplomatik münasibətlərin normallaşması yönündə heç bir səy göstərmir.

Savalan Araşdırmalar Mərkəzinin eksperti müsahibədə həmçinin İran toplumunda iqtisadi vəziyyətlə bağlı narazılıqları dəyərləndirib. O, İbrahim Rəisi hökümətinin ağır vəziyyətdə olan iqtisadiyyatı bərpa etmə imkanlarına sahib olmadığını vurğulayır:

“Bunlar o imkanlara sahib deyillər ki, ölkənin iqtisadiyyatını yenidən bərpa etsinlər. Buna görə də, çalışırlar bu modeli gətirsinlər ki, biz belə bir vəziyyəti necə idarə bilərik. Nə formada idarə edək ki, kütləvi iğtişaşlar, kütləvi nazarazılıqlar baş qaldırmasın və ölkənin dörd tərəfinə yayılmasın. Çünki, yayılarsa hər şey kontroldan çıxacaq. Buna görə, Sepahın qüvvələrini müxtəlif idarəedici orqanlara yığıb və orada artıq bir hərbi kontrol mexanizmi oluşdururlar.”

Sadiq İsabəyli əlavə edir, “Güney Azərbaycan vilayətlərini kontrol altında saxlamaq üçün hər vilayətdə fərqli yanaşırlar. Oradakı valilərin qoyulmasında bir sıra fərqliliklər olur. Amma, ümumiyyətlə Güney Azərbaycanın birinci kontrol altına alınması əsas siyasətlərdən biridir və biz görürük ki, bunu icra edirlər.”

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG