Accessibility links

Gənc fəal Cabbar Savalan sərbəst buraxılıb


Sentyabrın 20-də saxlanan AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan buraxılıb.

Bu haqda Cabbar Savalan özü məlumat yayıb. Bildirib ki, sentyabrın 21-də onu dindirməyə çağırıblar.

Cabbar Savalan AXCP Sumqayıt şöbəsinin sentyabrın 20-də keçirilən konfransında saxlanmışdı. Yerli polis konfransı dağıdandan sonra gənc fəalı saxlamışdı.

FƏAL SAXLANMIŞDI

Sentyabrın 20-də AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan saxlanıb.
Gənc fəalın harda və nə üçün saxlandığı məlum deyil.
AXCP fəallarının yaydığı məlumata görə, Cababr Savalan AXCP Sumqayıt şöbəsinin sentyabrın 20-də keçirilən konfransı saxlanıb. Yerli polis konfransı dağıdandan sonra Cabbar Savalanı tutub.
Gənc fəalın harda və nə üçün saxlandığı məlum deyil.

Sumqayıt şəhər polis idarəsindən AzadlıqRadiosuna onlarda Jabbar Savalanın saxlanması ilə bağlı məlumat olmadığını bildiriblər.

Cabbar Savalan 2011-ci il fevralın 5-də qanunsuz narkotik maddə saxlama maddəsi ilə həbs olunmuşdu. Elə həmin ilin dekabrında prezidentin əfv fərmanı ilə azad edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG