Accessibility links

Çad Prezident İdriss Debinin öldürüldüyü deyilir


Çad ordusunun sözçüsü Prezident İdriss Debinin altıncı müddətə yenidən seçilməsindən bir neçə gün sonra öldüyünü bildirib.

Sözçü Debinin aprelin 19-də Çad paytaxtı Njamenaya doğru irəlilədiyi bildirilən üsyançılara qarşı döyüş cəbhəsindəki qoşunları ziyarət edərkən öldürüldüyünü açıqlayıb.

Məlumat Çad prezident ofisindən hələ ki, təsdiqlənməyib.

68 yaşlı Debi 1990-cı il çevrilişində hakimiyyətə gələndən bəri Çadı idarə edirdi. Rəsmi nəticələrə görə, 11 aprel seçkilərində səslərin 79 faizini qazanmışdı.

XS
SM
MD
LG