Accessibility links

Baş Prokurorluq: Cahangir Hacıyev xaricdə saxta hüquqi şəxslərin hesablarına yüz milyonlarla dollar köçürüb


Cahangir Hacıyev
Cahangir Hacıyev

Cahangir Hacıyev məhkəmədən maliyyə nazirinin məsuliyyətə cəlb edilməsini istəyib

Baş Prokurorluq Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev tərəfindən yüz milyonlarla dolların qanunsuz olaraq xaricə çıxarılması haqqında faktları araşdırmağa davam edir.

Bu barədə Amerikanın Səsinə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Beynəlxalq Bankın sədri vəzifəsində işlədiyi dövrdə (2001-2015) o, mütəşəkkil qrup yaradıb və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, başqasının böyük ölçüdə əmlakını israf edib, vəzifə saxtakarlığı edib və əmanətçilərin hüquqlarına və dövlətin maraqlarına ziyan vurub.

Bir sıra belə epizodlar üzrə istintaq davam edir. Müəyyən olunub ki, Hacıyev və Beynəlxalq Bankın bir sıra digər məsul əməkdaşları xaricdə saxta hüquqi şəxslərin hesablarına yüz milyonlarla dollar köçürüb.

"Hacıyevin Maliyyə Nazirliyinin rəhbərliyinin bundan xəbəri olduğu və özlərinin qanun pozuntularına yol verdikləri haqqında ittihamları isə əsassızdır", deyə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildfirib.

Cahangir Hacıyev 2016-cı il oktyabrın 14-də mənimsəmə və fırıldaqçılıq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə Beynəlxalq Bankın 6 əməkdaşı müxtəlif müddətli həbs cəzaları alıb.

XS
SM
MD
LG