Accessibility links

Qahirədə 6 polis işçisi öldürülüb


Misir paytaxtı Qahirədə təhlükəsizlik yoxlama məntəqəsi yaxınlığında partlayış nəticəsində 6 polis işçisi həlak olub, 3 nəfər isə yaralanıb.

Partlayış Qiza piramidalarına gedən və adətən turistlərlə dolu yolun üzərində törədilib. Nəticədə yaxınlıqdakı avtomobilərin şüşələrini sınıb və ərazi şüşə qırıqları və digər qalıqlarla əhatə olunub.

Biz Allah uğrunda cihad üçün silahlarımızı əlimizdə tutduğumuz müddətdə sizə təhlükəsizlik və rahat həyat yoxdur.
Hasm qruplaşmasının bəyanatında deyilir

Hücum həyata keçirilən ərazidən təhlükəsizlik barrikadası qurulub. Hadisə yerinə avtomatlarla silahlanmış maskalı əsgərlər və təhqiqatçılar cəlb edilib.

Hasm adlanan qruplaşma internetdə yerləşdirdiyi bəyanatda hücumun məsuliyyətini öz üzərinə götürüb.

"Biz Allah uğrunda cihad üçün silahlarımızı əlimizdə tutduğumuz müddətdə sizə təhlükəsizlik və rahat həyat yoxdur" - deyə bəyanatda yazılıb.

Misir hökuməti daha əvvəl də Qahirədə hücum həyata keçirən bu qruplaşmanın fəaliyyəti qadağan olunan Müsəlman Qardaşları qrupu ilə bağlılığının olmasından şübhələnir.

Bu, may ayındən bəri paytaxtda törədilən ən qanlı hücumdur. O zaman silahlılar mikroavtobusu silahlı basqına məruz qoyaraq 8 polis işçisini qətlə yetirmişdilər.

XS
SM
MD
LG