Keçən gecə Qahirənin Matariya məhəlləsində səkkiz mərtəbəli binanın uçması azı 18 nəfərin ölümünə, çox sayda insanın yaralanmasına səbəb olub. Ölənlərin sayının daha artıq olduğu gözlənilir.
Təcili yardım işçiləri, hərbiçilər və sakinlər uçan binanın 5 metr hündürlüyə çatan dağıntıları altından sağ qalanları axtarıb. Ətrafdakı binalardan sakinlər evakuasiya edilib. Dağıntılar altında sağ qalanların axtarışları davam etdirilir.
Sakinlər binanın uçmasına binaya əlavə üç mərtəbənin tikilməsinın səbəb olduğunu deyiblər.