Accessibility links

Qahirədəki kilsədə partlayış nəticəsində 25 nəfər həlak olub


Security forces secure the area outside St. Mark Cathedral in central Cairo, following a bomb blast, Dec. 11, 2016. Egypt's official news agency says a blast at Cairo's main Coptic Christian cathedral has killed a handful of people and wounded others.

Bu gün Qahirənin Abbasiyə rayonunda koptik xristian kilsəsində törədilən partlayışda ölənlərin sayı 25 nəfərə çatıb. Ən son məlumatlarda 50 nəfərin isə yaralandığı bildirilir.

Reuters xəbər agentliyinin məlumata görə, şahidlər partlayıcı qurğunun kilsəyə bir qadın tərəfindən gətirildiyini bildiriblər.

Qadın kilsədən çıxandan sonra partlayıcı qurğu məsafədən işə salınıb. Ölənlərin çoxu qadın və uşaqlardır.

Xristan koptlar Misir əhalisinin 10 faizini təşkil edir. Qahirədə 163 kopt kilsəsi var.

Xatırladaq ki, dünən də Misir paytaxtı Qahirədə təhlükəsizlik yoxlama məntəqəsi yaxınlığında partlayış nəticəsində 6 polis işçisi həlak olub, 3 nəfər isə yaralanıb.

Partlayış Qiza piramidalarına gedən və adətən turistlərlə dolu yolun üzərində törədilib. Nəticədə yaxınlıqdakı avtomobilərin şüşələrini sınıb və ərazi şüşə qırıqları və digər qalıqlarla əhatə olunub.

Hücum həyata keçirilən ərazidən təhlükəsizlik barrikadası qurulub. Hadisə yerinə avtomatlarla silahlanmış maskalı əsgərlər və təhqiqatçılar cəlb edilib.

Hasm adlanan qruplaşma internetdə yerləşdirdiyi bəyanatda hücumun məsuliyyətini öz üzərinə götürüb.

XS
SM
MD
LG