Accessibility links

Qahirədə Məhəmməd Mursi tərəfdarları ilə polis arasında toqquşmalar davam edir


Misirin təhlükəsizlik qüvvələri Qahirə universiteti qarşısında devrilmiş İslamçı prezident Məhəmməd Mursini dəstəkləmək məqsədi ilə etiraz aksiyası keçirən tələbələrə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Şəhərin digər hissəsindəki İslamçı Əl-Əzhar universitetinin yataqxanasında da tələbələr polisi daşa basıb.

Keçən bazar günündən bəri ordunun dəstəklədiyi hökumətə qarşı etirazlarda iştirak edən 20 tələbənin həbsindən sonra onlara dəstək məqsədi ilə şəhərdə polislə ara-sıra toqquşmalar olurdu.
XS
SM
MD
LG