Accessibility links

Çaldıranda PJAK tərəfindən öldürülən əsgərlərin beşi hərbi xidmət keçirdi


Həlak olan əsgərlər
Həlak olan əsgərlər

Noyabrın 3-də Qərbi Azərbaycan vilayətində PJAK və İranın sərhəd polisi arasında baş verən qarşıdurma zamanı əsasən hərbi xidmət keçən əsgərlərin həlak olması əhali tərəfindən hiddətlə qarşılanıb.

Rəsmi açıqlamalara əsasən, PKK-nın İran qanadı PJAK və Çaldıran sərhəd qərargahı qüvvələri arasında ortaya çıxan qarşıdurmada həlak olan əsgərlərin altısı İran Azərbaycanından, biri Kərəcdən, biri isə Türkmənsəhra bölgəsindəndir.

Hərbi xidmətlərini keçirən Mehdi Kəltə, Əmir Qurbani, Məhəmməd Hüseynzadə, Səid Gülabi və Abbas Qadiri habelə çavuşlar Həmid Hacızadə, Məhbub Nuri və Mehdi Hüseynzadə Çaldıranın Dövşantəpə kəndinin yaxınlarında həlak olublar.

Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən yerli qəzetlər və internet portalları əhalinin bölgənin təhlükəsizliyi bağlı narahatlığını gündəmə gətirirlər. Xüsusilə hərbi xidmətini keçirən gənc əsgərlərin həlak olmasının əlahi arasında qəzəb doğurduğu bildirilir.

Həmçinin sosial mediada hərbi xidmət üçün sərhəd bölgələrinə göndərilənlərin adətən qeyri-fars bölgələr və ya yoxsul ailələrdən olduğuna diqqət çəkilir.

Günaz TV-nin yayımladığı məlumata istinadən, son qarşıdurma həlak olan 8 əsgərdən 7-si türk, birisi isə türkmən cəmiyyətinə mənsubdur.

XS
SM
MD
LG