Accessibility links

Orlando gecə klubuna hücum edən şəxsin həyat yoldaşı azad edilib


Orlandonun gecə klubuna silahlı hücum edən Ömər Mətinin terrorizmə dəstək ittihamı ilə üzləşən həyat yoldaşının məhkəmədən əvvəl azad ediləcəyi bildirilib.

Kaliforniya federal məhkəməsinin hakimi çərşənbə günü 31 yaşlı Nur Salmanın İslam Dövləti və ya hansısa ekstremist qruplaşma ilə əlaqəsi olmadığına görə təhlükəli olmadığını deyib. Hakim məhkəməyə qədər Nur Salmanın elektron monitor gəzdirəcəyinə qərar verib.

Hakimlər Nur Salmanı 2016-cı il iyun ayının 12-də əsasən homoseksualların toplaşdığı "Puls" gecə klubuna etdiyi hücum zamanı həyat yoldaşı Ömər Mətinə yardım etməkdə ittiham edirdi.

Ömər Mətin polis tərəfindən güllələnərək öldürülməzdən əvvəl gecə klubunda 49 nəfəri öldürmüş, 50 nəfəri isə yaralamışdı. Ömər Mətinin İslam Dövləti ekstremistlərindən ruhlandığına inanılır.

Nur Salman isə həyat yoldaşının "Puls" gecə klubuna hucumundan sonra Kaliforniyaya, ailəsinin yanına dönmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG