Accessibility links

Yanğınlarda ölənlərin sayı 66-ya çatıb


Kaliforniyanın şimal və cənub bölgələrindəki yanğın səbəbindən ölənlərin sayı 66-ya çatıb. Ölənlərin çoxunun yaşının 65-dən yuxarı olduğu, hələ də itkin düşən yüzlərlə insanın axtarışının davam etdiyini bildirib.

Keçən həftə yanğının tamamilə viran qoyduğu Paradayz şəhərində xilasedicilər və axtarış itləri ilə bərabər yüzlərlə insan küllər arasında cəsədləri axtarır.

Bəzi məhəllələr tamamilə məhv olub. Cərgə-cərhə küçələr. Qızımın, onun qaynansının və ərinin evi külə çevrilib.

Rəsmilər DNT təhlillərinin ölənlərin şəxsiyyətlərinin təcili olaraq müəyyən edilməsinə və bu məlumatın tez bir zamanda ailələrinə çatdırılmasına yardım edəcəyinə ümid edir. Yanğınların azı 630 nəfərin itkin düşməsinə səbəb olduğu deyilir.

Rəsmilərin dediyinə görə, havanın temperaturunun aşağı düşməsi yanğınsöndürənlərə “Camp Fire”da 40 faizə düşən yanğınla mübarizəni asanlaşdırır. Bu 570 kv.km-ə yaxın sahəni əhatə edən yanğın ştat tarixində ən dəhşətli yanğındır.

Ağ Ev prezident Donald Trampın Kaliforniyada yanğınların olduğu əraziləri şənbə günü ziyarət edəcəyini bəyan edib.

Son yanğınlar Kaliforniya tarixində ən dağıdıcı yanğın hesab olunur.
Son yanğınlar Kaliforniya tarixində ən dağıdıcı yanğın hesab olunur.

Şimali Sakramentonun 27 min əhalisi olan Paradayz şəhərinin çox hissəsi külə dönüb. Şəhərdə yanğın qurbanlarının cəsədləri axtarılır.

Rəsmilər Los Anceles yaxınlığında yeni yanğınların qeydə alındığını bildirir.

“Bir saat ərzində iki yanğın start alıb. Yanğının evləri hədəf aldığı görünür. Davam edən yanğınlar yeganə narahatlıq deyil” - deyə, Ventura qraflığının Yanğısöndümə idarəsinin direktoru Mark Lirenzen bildirib.

Kaliforniyada yanğınla mübarizə davam edir
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Evsiz qalanlar dağıntılarla barışmağa çalışır.

“Bəzi məhəllələr tamamilə məhv olub. Cərgə-cərhə küçələr. Qızımın, onun qaynansının və ərinin evi külə çevrilib”- deyə, evsiz qalan Elizabet Qorman deyib.

Yanğınsöndürənlən viranəliklərdə işini davam etdirərkən, bəzi yerlədə nailiyyətlər əldə edilib. Lakin iki əsas yanğının söndürülməsi yaxın görünmür. Küləklər və quru hava şəraiti isə vəziyyəti ağırlaşdırır.

XS
SM
MD
LG