Accessibility links

Milli Meteorologiya Xidməti: Kaliforniyaya güclü yağış və qar yağacağı ğözlənilir


Milli Meteorologiya Xidmətinin bazar ertəsi bildirdiyinə görə, Kaliforniyanın bəzi bölgələrinin sakinlərinə "ştata qarşıdan gələn bir neçə gün ərzində təsir edəcəyi" gözlənilən "güclü yağışlı və qarlı" hava şəaritinə hazır olmaq tövsiyə edilib.

Meteorologiya Xidməti "birbaşa Kaliforniyanı hədəf alan güclü və rütubətli siklonların" onsuz da orada yağışlı hava şəraitini daha da ağırlaşdırdığını bildirib.

Sinoptiklər Kaliforniyanın mərkəzi hissəsində güclü yağıntı gözlənildiyini və yağıntı nəticəsində suyun səviyyəsinin bazar ertəsi sahilə yaxın ərazidə 7-13 santimetr təşkil edəcəyinin təxmin edildiyini bildirib.

Çərşənbə axşamı Kaliforniyanın cənubuna təsir edəcək daha az yağıntı olacağı haqda məlumat verilib.

Meteoroloqların dediyinə görə, şiddətli yağışlar "suyun səviyyəsinin sürətlə yüksəlməsi, torpaq sürüşmələri və böyük çay daşqınları da daxil olmaqla, "əlavə daşqın hallarına səbəb olacaq".

Bu arada, Siyerra Nevadaya çox ehtimal ki, "çərşənbə günü səhər yağacaq qarın hündürlüyünün 2 metrdən çox olacağı gözlənilir.

Milli Meteorologiya Xidməti Siyerra Nevadada gözlənilən güclü qar nəticəsində səyahətləri "çox təhlükəli və bəzən qeyri-mümkün" edə biləcəyini bildirib.

Güclü qar həmçinin "uçqun təhlükəsini artıra və infrastruktura təsir göstərə bilər" - deyə, Milli Meteorologiya Xidməti xəbərdarlıq edib.

XS
SM
MD
LG