Accessibility links

Kaliforniyada yanğın qurbanlarının cəsədləri axtarılır


Kaliforniyada yanğın qurbanlarının cəsədləri axtarılır
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Kaliforniya ştatının şimal və cənub bölgələrində yanğınlardan sonra itkin düşən yüzlərlə insanın axtarışı davam etdirilir. 40 çox insan həyatını itirib. 220 min adam evindən didərgin düşüb. Yanğınlar minlərlə ev və biznesləri sıradan çıxarıb.

Uilsi adlanan yanğın Los Ancelesin Malibu və digər sahil ərazilərində tüğyan etməkdə davam edir. Məşhurların evləri də daxil edilməklə 370 tikili sıradan çıxıb.

Aktrisa və müğənni Mili Sayrus da onlar arasındadır.

Şimali Sanramentonun 27 min əhalisi olan Paradayz şəhərinin çox hissəsi külə dönüb. Şəhərdə yanğın qurbanlarının cəsədləri axtarılır.

Rəsmilər Los Anceles yaxınlığında yeni yanğınların qeydə alındığını bildirir.

“Bir saat ərzində iki yanğın start alıb. Yanğının evləri hədəf aldığı görünür. Davam edən yanğınlar yeganə narahatlıq deyil” - deyə, Ventura qraflığının Yanğısöndümə idarəsinin direktoru Mark Lirenzen bildirib.

Evsiz qalanlar dağıntılarla barışmağa çalışır.

“Bəzi məhəllələr tamamilə məhv olub. Cərgə-cərhə küçələr. Qızımın, onun qaynansının və ərinin evi külə çevrilib”- deyə, evsiz qalan Elizabet Qorman deyib.

Yanğınsöndürənlən viranəliklərdə işini davam etdirərkən, bəzi yerlədə nailiyyətlər əldə edilib. Lakin iki əsas yanğının söndürülməsi yaxın görünmür. Küləklər və quru hava şəraiti isə vəziyyəti ağırlaşdırır.

XS
SM
MD
LG