Accessibility links

Kambocada nümayiş ölümlə nəticələnib


Kambocanın tekstil fabrikinin işçilərinin etiraz aksiyası bir ölüm və onlarla insanın həbsi ilə nəticələnib.

Minə yaxın işçi ilə polis arasında qarşıdurma yaranıb. Nümayişçilər baş nazir Hun Senin evi istiqamətində yürüş keçirmək istəyiblər. Etirazçılar maaşlarının artırılmasını və maaşlardan əlavə pul mukafatı tələb ediblər.

Nümayişçilərin əksəriyyətini qadınlar təmsil edib. Polisə daş atan etirazçılar polis avtomobilini mühasirəyə alaraq yandırıblar. Polis nümayişçilərə qarşı odlu silahdan istifadə etməzdən əvvəl təzyiqli su və göz yaşardıcı qazla cavab verib.

İşçilər aylıq 80 dollar maaşın 150 dollara qaldırılmasını tələb edirlər.

Nümayişlərin avqust ayının səkkizindən davam etməsinə baxmayaraq hələlik heç bir
razılaşma əldə olunmayıb.

Tekstil sənayesi Kambocanın kənd təsəruffatı və turizimdən sonra ən gəlirli sektorudur.
XS
SM
MD
LG