Kanadanın xarici işlər naziri Melani Coli Ukraynanın suverenliyinə dəstəyini təsdiqləmək və Rusiyanın “təcavüzkar fəaliyyəti”nin qarşısını almaq səylərini gücləndirmək üçün gələn həftə Kyivə səfər edəcək. Bu barədə şənbə günü rəsmi Ottava xəbər verib.
Moskva Ukrayna ilə sərhədi yaxınlığında 100 mindən çox qoşun yerləşdirib və Birləşmiş Ştatlar cümə günü diplomatiya məqsədinə çatmadığı təqdirdə Rusiyanın işğal üçün bəhanə hazırladığından qorxduğunu bildirib.
Böyük və siyasi nüfuza malik Ukrayna əsilli əhalisi olan Kanada 2014-cü ildə Krımı ilhaq etdiiyndən bəti Moskvaya qarşı sərt mövqe nümayiş etdirib.
Ukrayna və ətrafında Rusiya qoşunları və avadanlıqlarının toplanması bütün rügionun təhlükəsizliyinə xələ gətirir. Bu təcavüzkar addımların qarşısı alınmalıdır,” Coli bəyanatında bildirib.
“Kanada qaydalara əsaslanan beynəlxalq nizamı qorumaq üçün beynəlxalq tərəfdaşları ilə işləyəcək.”
Coli Ukrayna Baş naziri Denis Şmiqalla görüşəcək və ölkənin qərbinə səfər edərək 2015-ci ildən bəri orada olan Kanadanın 200 nəfərlik təlim missiyası ilə söhbət edəcək.
Baş nazir Castin Trudo çərşənbə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbət edib və ona “Ukraynaya hər hansı hərbi müdaxilənin ciddi nəticələrinin, o cümlədən koordinasiyalı sanksiyaların olacağını vurğulayıb,” Trudonun ofisi bildirib.
Kanada Krımın ilhaqı səbəbilə 440-dan çox insan və quruma cəza tədbirləri tətbiq edib.
Bazar günü Avropaya bir həftəlik işgüzar səfərə başlayan Coli Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq və Avropa İttifaqının xarici işlər ofisinin başçısı Cozef Borellə görüşəcək.
O həmçinin Parisdə Fransının xarici işlər naziri Jan-İv Le Drianla da görüşəcək.