Accessibility links

Canavar-itlər müharibə veteranlarının terapiyasına kömək edir [Video]


Canavar-itlər müharibə veteranlarının terapiyasına kömək edir
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Canavar-itlər müharibə veteranlarının terapiyasına kömək edir

Yoli yarı it və yarı canavardır. Boyu it ölçüsündə olsa da onun canavara məxsus böyük ayaqları, qızılı gözləri və zorakılığa meylli xasiyyəti var. Yoli 9 il əvvəl Beyksfild şəhərində yaşayarkən öz sahibinə qarşı aqressivləşməyə başlayır. O tez-tez evin arxa həyətindən qaçaraq hətta qonşunun pişik və itini də öldürüb.

“Lockwood” heyvan xilasetmə mərkəzinin təsisçisi Lorin Lindnerin sözlərinə görə, bu cins itlərin cütləşdirilməsi yaxşı fikir deyil. Canavar genləri itləri gözlənilməz, itaətsiz və təhlükəli edir.

“Balaca it kimi çox şirin görünür və adama elə gəlir ki, onun istədiyi tək şey qarnını ovxalamağınızdır. Lakin, o hər an dəyişə və əlinizdə nə varsa almaq istəyə bilər. İstədiyi əldə etməyənə qədər də dayanmaz." - deyə, Lorin bildirib.

Lindner hesab edir ki, ikili təbiətinə görə canavarlar insanların ətrafında yaşaya bilməz və onların cütləşdirilməsi məhdudlaşdırılmalıdır. Ancaq bu heyvanlar travma sonrası sinir pozğunluğundan əziyyət çəkən döyüş veteranları ilə qəribə bir əlaqə qura bilirlər. Veteranlar deyir ki, onların canavarlarla ortaq nöqtələri çoxdur.

“Hər canavar-itin içərisində bir müharibə yatır. Bu itlə canavarın mübarizəsidir. Mən ev yoxsa vəhşi təbiət heyvanıyam müharibəsi. Bu cür daxili mübarizə hər bir müharibə veteranının daxilində gedir. Mən həyat yoldaşıyam yoxsa piyada əsgər? " - deyə, müharibə veteranı Methyu qeyd edib.

İraqdakı "Çöl Fırtınası" əməliyyatında iştirak edən ABŞ hərbi dəniz veteranı Methyu Simmons evinə qayıtdan sonra bir neçə il içki və həblərlə döyüşün dəhşətlərindən xilas olmağa çalışırdı. Hazırda Methyu bu heyvanlarla işləyərək travmadan xilas olmağa başlayıb.

35 müharibə veteranının iştirak etdiyi və 2009-cu ildən fəaliyyət göstərən Canavarlar və Döyüşçülər proqramının yaratdığı səssiz dostluq hər iki tərəfə stresdən xilas olmağa kömək edib.

Bu səsisz münasibətlərdə canavar-itlər kimi öz dostu olaraq seçəcəyini müəyyən edir. Müharibə veteranlarının sözlərinə görə, ilk öncə vəhşi heyvanlar sizi öz dostu kimi qəbul etməlidir. Ancaq bundan sonra sağalma prosesi başlaya bilər.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG