Accessibility links

İmmunoterapiya - Xərçəng xəstəliyi ilə mübarizənin yeni yollarından biri [Video]


İmmunoterapiya - Xərçəng xəstəliyi ilə mübarizənin yeni yollarından biri
please wait

No media source currently available

0:00 0:02:08 0:00

İmmunoterapiya xərçəngə qarşı bədənin özünü təbii yolla müdafiəsi deməkdir. Müalicənin ümidverici nəticələri olsa da, bu hamıya tətbiq edilmir.

Dəri xərçəngi olan Denis Lion Kaliforniya Universitetinin San-Diyeqo şəhərindəki Xərçəng Mərkəzinə gələnədək mutasiyadan keçib. “Mən Kaliforniya Universitetinə gəlməzdən əvvəl ölkənin başqa xərçəng mərkəzlərində də oldum, çünki məndə xərçəngin çox nadir növü, metastatik hüceyrə karsionoması var və həmin mərkəzlərin çoxunda bu xəstəliyin müalicəsi yoxdur.”

İki aydan sonra ondakı xərçəng hüceyrələrin sayı xeyli azalıb. “Mənim vəziyyətimdə aylardır yeni şişlər əmələ gəlmir, olanlar isə xeyli kiçilib. Bəzi şişlər demək olar ki, çəkilib."

Lion immun sisteminin xərcənglə mübarizəsini yüksəldən dərmanlardan istifadə edən və bəxti gətirən xəstələrdəndir. Kaliforniya Univertsitetindən doktor Rizel Kurzrok: “İmmunoterapiyada əsas ideya xərçənglə mübarizə üçün xəstənin öz immun sistemini yenidən aktivləşdirməkdir.”

Xəstəliyə qarşı mübarizə aparan T hüceyrələri anti-cisimlərdən gizlənə bilən xərçəng hüceyrələrini aşkar edə bilir. “Şişin immun sistemini öldürəçək xüsusiyyəti var, lakin bu inhibitorlar bunun baş verməsinə imkan vermir” deyə, doktor Kurzrok bildirir.

T hüceyrələri xərçəng hüceyrələrini görən kimi onlara hücum edir. Lakin bu hamıda baş vermir. Amerika Xərçənglə Mübarizə Cəmiyyətindən doktor Lin Liçtenfild: “Son 6-7 il ərzində, bu dərmanlardan istifadəyə başlayandan və bəzi xəstələrimizdə ciddi dəyişikliklər baş verdiyindən, mən təəssüflə “bəzi xəstələr” ona görə deyirəm ki, hələ immunoterapiya kifayəq qədər xəstəyə təsir etmir.”

Bu dərmanlar çox bahadır və yan təsirləri də var. Bəzi hallarda onlar xərçəngin daha da yayılmasına və T hüceyrələrinin fərq qoymadan sağlam hüceyrələrə də hücum etməsinə səbəb olur.

XS
SM
MD
LG