Accessibility links

Yeni Online App xərçəng xəstələrinin müalicəsinə yardım edir [Video]


Yeni Online App xərçəng xəstələrinin müalicəsinə yardım edir
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Xərçəng xəstələrinə kimya-terapiyasının yan təsirlərindən danışmaq tövsiyə edilir. Bu, çağırış yeni araşdırmaların nəticələrinə əsasən edilib. Belə ki, simptomlar sağalma şanslarının artdığını göstərib.

Kimya-terapiyası xərçəng xəstələrinin ömrünü uzada bilər, lakin yan təsirləri olmaqla. Yeni Online sorğuları xəstələrdən problemləri barədə sualları cavablandırmasını tələb edir. UNC-CH Xərçəng Araşdırma Proqramından Etan Baş: “Xəstələr bu platformadan istifadə edərək, evdəki vəziyyətindən tutmuş həkimə getdiyi vəziyyətinə qədər, 12 ümumi symptom haqda məlumat verə bilir”.

Bağırsaq xərçəngi olan və araşdırmalarda iştirak edən Ceyms Silvester Online App-dən istifadənin asan olduğunu deyir. “Əgər sizin gündəlik həyatınızda hansısa probleminiz varsa müdaxilə yardım edə bilər Bu, özünü kəşf etmək yoludur. Həkimlə daimi təmas lazımdır. Dediyim kimi, müdaxilə vaxtında, ciddi və hazırlı şəkildə edilməlidir."

Araşdırmalara başçılıq edən İten Baç alimlərin də nəticədən razı qaldıqlarını deyir. “Beləliklə, biz altı ay ərzində özləri haqda məlumat verənlərin 31 faizinin həyat tərzinin yaxşılaşdığının şahidi olduq. Təcili yardıma müraciət edənlərin sayının 7 faiz azaldığını, kimya terapiyası qəbul edənlərin səbirlərinin artdığını da müşahidə etdik" deyə, Etan Baş bildirir.

Təəccüblü hal odur ki, yeni dərmanlardan istifadə etmədən, xərçəng xəstələrinin vəziyyətinin yaxşılaşması halları artıb. "İnsanların vəziyyətinin yaxşılaşması, onların simptomlara nəzarətinin güclənməsi məni təəcübləndirmir, məni və komandamı təəcübləndirən onların həyatlarının uzadılmasına olan təsirdir. "

Hazırda bu sestemdən daha geniş şəkildə istifadə edilməsi haqda düşünülür.

XS
SM
MD
LG