Accessibility links

Xərçəngin “maye biopsiyası” adlanan yeni üsulla müalicəsi [Video]


Xərçəngin “maye biopsiyası” adlanan yeni üsulla müalicəsi
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Birləşmiş Ştatlar həkimləri xərçəng xəstəliklərini yeni üsulla, Genomik Sıralama texnologiyasından istifadə etməklə müalicə etməyə çalışır. Bu onlara hər xəstəyə və onlarda mövcud xərçəng şişinə fərdi yanaşmaya imkanı verir. Yeni yanaşma bəzi perspektivli nəticələr verir.

Ənənəvi, ağrılı müdaxilə üsulundan fərqli olaraq, “maye biopsiyası” adlanan yeni üsulla, xəstənin qanını təhlil etməklə xərçəng hüceyrələrinin olub-olmadığını müəyyən etmək olur. Lakin sadəcə hüceyrələrə baxmaqla xəstəlik barədə geniş məlumat əldə etmək mümkün deyil. Kaliforniya Universitetindən doktor Razilli Korzrok: “Beləliklə, bu, genomik yolla diaqnozdur, yəni hüceyrənin dərinliyinə baxmaq və şişin xərçəng olub-olmadığını dəqiq təyin etməkdir.”

Praktiki olaraq, genomik diaqnoz xəstələrin genomunun ətraflı müayinə edilməsi, şişə səbəb olan hüceyrələrin və şişin böyüməsinə səbəb olan nəzarətsiz mutasiyaların detallı təhlili deməkdir.

Təhlillərin nəticələri aydın olduqda “Tumor Board” adlanan həkim qrupu bir araya gələrək, xəstənin müalicə yollarını müzakirə edir.

Ənənəvi müalicə üsulları cərrahiyyə əməliyyatı, kimya-terapiyası və radiasiya deməkdir.

Genomik yolla müalicə olunan xərçəng xəstəsi Alison Kairnes yalnız iki cür dərman qəbul edib.

((DR. SHUMEI KATO, UNIVERSITY OF CALIFORNIA))

“Təxminən səkkiz həftə sürən müalicədən sonra təsvirlərdə şişin demək olar əlli faiz kiçildiyini və onun qalan hissəsinin də bir il əzrində tədricən azalmaqda davam etdiyini gördük.”

Bəzi mütəxəssislər xərçəngin biologiyasının çox mürəkkəb olduğunu və bu sahədə hələ də çox şeyin öyrənilməli olduğunu deyirlər.

((DR. LEN LICHTENFELD, AMERICAN CANCER SOCIETY))

“Biz genetik təhlillər zamanı mutasiyaların mövcud olduğu və dərmanlardan istifadə edildiyi bəzi hallarda bunun xəstələrə kömək etmədiyi vaxtlar genetik mutasiyaların uyğunlaşdırılmasını öyrənirdik.”

Bəziləri isə bütün xərçəng xəstələrinin eyni müalicəni alacaqlarini deyərək, bu məsələyə daha nikbin yanaşır.

Səhhətlərində yaxşılaşma müşahidə edən xəstələr də bu nikbinliyi bölüşür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG