Accessibility links

Cannet Yellen: Qlobal problemlər Amerika iqtisadiyyatını zəiflədə bilər


ABŞ-ın Federal Ehtiyatlar sisteminin direktoru Canet Yellen Konqresin komitəsi qarşısında çıxış edir
ABŞ-ın Federal Ehtiyatlar sisteminin direktoru Canet Yellen Konqresin komitəsi qarşısında çıxış edir

ABŞ-ın Mərkəzi Bankının direktoru Cennet Yellen qlobal problemlərin Amerika iqtisadiyyatını zəiflədə biləcəyini deyib. Bəzi təhlilçilər bunu faiz dərəclərinin bundan sonra artırılmasında ləngiməyə işarə kimi qəbul edir.

Konqresin komitəsi qarşısında çıxışında Federal Ehtiyatlar sisteminin başçısı bildirib ki, Çinin qeyri-ardıcıl valyuta siyasəti və ölkənin iqtisadi perspektivləri qlobal bazarlarda qeyri-müəyyənliklərə yol açır.

İnvestorlar Yellenin açıqlamalarını dəyərləndirdiyi vaxt Avropa və Birləşmiş Ştatlarda əsas indeks göstəriciləri əsas etibarilə yüksək səviyyədə olub.

Yellen deyib ki, dünya bazarlarında xam neft ehtiyatları və digər xammal resurslarının artması və tələbatın yüksək olması neft qiymətlərinin düşməsinə səbəb olub. Onun sözlərinə görə, bu, xammal ixracından asılı olan bir sıra ölkələrdə maliyyə çətinliklərinin yaranmasına gətirib çıxara bilər.

Xarici ölkələrin iqtisadiyyatında tənəzzül, ABŞ dollarının isə güclü qalması Amerika ixracatına öz təsirini göstərə və iqtisadi yavaşımaya səbəb ola bilər.

Federal Ehtiyatlar sisteminin başçısı bildirib ki, ABŞ-da əmək bazarında vəziyyət yaxşılaşmağa davam edir və ümumilikdə iqtisadiyyat orta templə inkişaf edir.

Dekabr ayında Mərkəzi Bank faiz dərəclərini sıfır səviyyəsində yarım faizə qaldırıb. Federal Ehtiyatlar sisteminin rəsmiləri tənəzzül dövrü iqtisadi inkişafın təmin edilməsi məqsədilə tətbiq edilmiş olduqca aşağı faiz dərəcələrini tarixən orta həddə çatdırmağa çalışır. O zaman təhlilçilərin böyük hissəsi Mərkəzi Bankın faiz dərəclərini bu il dörd dəfə qaldıracağını təxmin edirdi. Lakin indi bir çox iqtisadçı bildirir ki, Mərkəzi Bank bu prosesi ləngidəcək və bu il bəlkə bir daha bunu etməyəcək.

Faiz dərəcələrinin iqtisadi inkişafın stimullaşdırılmasına xidmət edir, lakin dərəcələr uzun müddət aşağı həddə qaldıqda bu, iqtisadiyyata mənfi təsir göstərəcək inflasiyaya yol aça bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG