Accessibility links

The Capitals 44 il sonra çempion oldu


The Washington Capitals tarixində ilk dəfə 44 mövsümdür iştirak etdiyi xokkey üzrə Stanley Kubok Çempionatınının qalibi oldu.

Final mərhələsinin cümə axşamı keçirilən 5-ci oyununda The Capitals Vegas Golden Knights komandasını 4-3 hesabı ilə məğlub edib.

Minlərlə azarkeş gecə boyunca Vaşinqtonun mərkəzindəki The Capitalsın ev oyunlarını keçirdiyi arenanın içərisində və ətrafındakı küçələrdə qələbəni bayram edib.

The Capitals komandasının kapitanı və çemponatın ən bahalı oyunçusu Aleks Oveçkin Vaşinqtonda keçirdiyi 13 mövsümdən sonra çempion olmağın necə bir hiss olduğundan danışıb.

“Bu qələbə insana yuxu kimi gəlir. Biz illər boyunca çox əziyyət çəkib, uzun bir mövsümdə var gücümüzlü mübarizə apararaq nəhayət çempion ola bildik.” - deyə, Oveçkin bildirib.

Paytaxtın ilk milli çempionluğunu əldə etdiyi cümə axşamı şəhərin basketbol komandasının birincilik qazanmasından 40 il sonraya təsadüf edib.

Komandanın Stanley kubokunu paytaxta gətirəcəyi növbəti bir neçə gün ərzində şəhərdə kütləvi bayramlar keçiriləcək və şəhər The Capitals komandasının qırmızı rənginə bürünəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG