Accessibility links

Paytaxt Vaşinqtonda illik Dondurma Festivalı [Video]


Paytaxt Vaşinqtonda Dondurma Festivalı
please wait

No media source currently available

0:00 0:01:27 0:00

Hər yay mövsümü Vaşinqton mahalında keçirilən Dondurma Festivalı yüzlərlə insanı bir araya gətirir. Festivalda iştirak edən Amerikanın onlarla şirkəti buraya 5 tondan artıq dondurma və dondurulmuş yoqurt gətirir.

Nanəli şokolad, gilaslı çizkeyk və duzlu fıstıq carameli buradakı müxtəlif dadlı dondurmalar arasındadır. Bu donduirmaların hamısının dadına baxmaq mümkün deyil. Lakin 12 yaşlı Zui və 10 yaşlı Aksel bunu etməyə çalışır. “Mən hərəsindən bir az götürüb qarışdırdım və Sandi dondurması düzəltdim” deyə, Aksel bildirir.

Aksel qarışıq dadları, Zui isə nanəlinı sevdiyini deyir.

Bu, Beynəlxalq Süd Məmulatları Assosiasiyası tərəfindən paytaxtda təşkil edilən 35-ci dondurma festivalıdır. Burada Konqres üzvləri də ailələri ilə birlikdə iştirak edir. Birləşmiş Ştatların Minnesota ştatının nümayəndəsi Kollin Piterson bu mərasimə hər il gəldiyini və buradakı insanlarla vaxt keçirdiyini deyir.

Dondurma yemək üçün buraya hər kəs gələ bilər, əsasən də valideynlər uşaqları ilə. Burada uşaqlar üçün müxtəlif əyləncələr də təşkil olunub.

Birləşmiş Ştatlar əhalisinin 90 faizindən çoxu dondurmanı sevir və bu ölkə ildə 6 milyard litr dondurulmuş süd məmulatı istehsal edir. Beləliklə, hər il bu sənaye ölkənin iqtisadiyyatına 39 milyard gəlir gətirir. Bu həm də ölkə boyu 188 min iş yeri deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG