Accessibility links

"Captain America - Civil War" filmi [Video]


Captain America - Vətəndaş müharibəsi
please wait

No media source currently available

0:00 0:03:18 0:00

“Qisasçılar” kinematoqrafiya aləminin növbəti incisi – Kapitan Amerika: Vətəndaş Müharibəsi maraqlı döyüş səhnələri ilə doludur və eyni zamanda dünyanın üzləşdiyi dilemmalara işıq salır. Aktyor heyəti ulduzlardan ibarət bu filmdə qardaş-bacılar arasında toqquşmalar və mənəvi dilemmalardan bəhs edilir. “Qisasçılar” kimi bu filmin də sinemalarda böyük hit olacağı gözlənilir.

Qisasçılar yenidən xaos yaratmağa başlayıb. Bu dəfə Nigeriyada, Laqosda anti-terror missiyası zamanı. BMT artıq superqəhrəmanların törətdikləri yan dağıntılara məhəl qoymaya bilmir. Lakin Kapitan Amerika BMT-nin siyasi müdaxiləsi ilə razılaşmır.

Rejissorlar Entoni Russo və Co Russo milli və siyasi təhlükəsizlik məsələlərini bir araya gətirərək, filmi super-qəhrəman janrında cəmləşdirir.

Tanış suallardır – Polisə kim polislik edir? Terrora qarşı mübarizəyə necə nəzarət edilməlidir? Kapitan Amerika rolunu oynayan Kris İvens fikir ayrılıqlarının qrupu parçaladığını deyir. “Söhbət qəhrəmanla düşmən, qəhrəmanla cani arasındakı ixtilafdan yox, dostlardan gedir. Ailə haqdadır. Çox zaman ən ciddi ixtilaflar bir-birinin qayğısına qalan oinsanlar arasında olur”

Rejissorlar super-qəhrəmanları dilemma qarşısında qoyur. Rejissor Co Russo: “Kimin haqlı, kimin haqsız olduğu barədə qərar vermək çətindir. Bu, gözlənilməz və qorxuludur.”

Kapitan Amerika və Toni Stark - Vətəndaş Müharibəsinə cəlb edilən iki düşərgənin qəhrəmanları sonadək mübarizə aparır. Kapitan Amerika II Dünya Müharibəsində itirdiyi köhnə dostu Baki Barneslə yenidən bərabər olur. Lakin Baki artıq çox təhlükəli və axtarışda olan qatildir.

Bu, həyəcanlandırıcı süjet xətti, ciddi akrobatik döyüş səhnələri və məşhur aktyorları olan trillerdir. Qəhrəmanlar Kapitan Amerikanı oynayan Kris Evans və ağıllı və hazırcavab Toni Stark rolunu oynayan Robert Douni ilə yanaşı Nataşa Romanof – Qara Dul rolunun ifaçısı Skarlet Cohanson və leytenant Ceyms Rodi – Müharibə Maşınını oynayan Dan Çedli filmi daha cəlbedici edir.

XS
SM
MD
LG